"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1069
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Dövlət Komitəsində olub
Görüşlər 24 Fevral, 2023

Fevralın 24-də  Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Giorqyev ilə görüşüb.

 

Qonağa qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi qeyd edilib. Görüşdə Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, həmin ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün dövlət tərəfindən irimiqyaslı layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Dövlət Komitəsi yaxın günlərdə növbəti ailələri Zəngilan rayonunun Ağalı kəndinə köçürəcək.  

 

Görüşdə beynəlxalq təşkilatların ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yarandığı ilk günlərdən göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyi qeyd edilib. Bildirilib ki, Beynəlxalq Miqrasiya Təşkilatının müxtəlif sahələrdə keçirdiyi tədbirlərlə yanaşı kəhrizlərin bərpa olunması, icmalara dəstəklə əlaqədar tədbirləri xüsusi ilə təqdirəlayiqdir.

 

Vladimir Giorqiyev səmimi görüşə görə təşəkkür edib və kəhrizlərin qurulması üçün zəruri olan tədbirlərin davam etdirildiyini vurğulayıb. Bildirilib ki, Beynəlxalq Miqrasiya Təşkilatı BMT-nin işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayan ilk təsisatıdır. Belə ki, qurum tərəfindən Cəbrayıl rayonunun Horovlu kəndində kəhrizlərlə bağlı araşdırmalara başlanılıb. Eyni zamanda, BMqT-nin Böyük Qayıdışla bağlı məcburi köçkünlər üçün zəruri olan təlimlərin keçirilməsinə dəstək verə biləcəyi qeyd edilib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib