"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1125
Dövlət Komitəsində Böyük Britaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüş olub
Görüşlər 27 Yanvar, 2023

Yanvarın 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Ouldla görüşüb.  Dövlət Komitəsinin sədri Azərbaycana təyinat alması və fəaliyyətə başlaması münasibəti ilə səfiri təbrik edib, ona uğurlar arzulayıb.

 

Səfirə Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində bir milyondan çox  azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, onların problemlərinin həlli istiqamətində həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib. Prezident İlham Əliyevin bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədəki təşəbbüslərinin böyük əhəmiyyət daşıdığı bildirilib. Humanitar fəlakətlə üzləşdiyi dövrdə ölkəmizə beynəlxalq təşkilatların dəstək və yardım göstərməsi minnətdarlıqla qeyd edilib.

 

Xatırladılıb ki, 2020-ci ildə Ermənistanın işğalına son qoyulmasından, torpaqlarımızın işğaldan azad edilməsindən sonra məcburi köçkünlərin doğma yurda geri qayıdışına  imkan yaranıb. Bu prosesin könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə aparılması üçün zəruri tədbirlər görülür. Müvafiq dövlət proqramı qəbul edilib, bərpa və yenidənqurma işləri həyata keçirilir. Bununla belə, işğaldan azad edilmiş ərazilərdə hələ də mina təhlükəsinin qalması, ağır nəticələrə və insan tələfatına səbəb olması qayıdışın sürətləndirilməsini əngəlləyir. Minaların təmizlənməsinə Böyük Britaniya hökumətinin də dəstək verməsindən məmnunluq ifadə olunub.

 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Ould səmimi qəbula görə təşəkkür edib. Fəaliyyəti dövründə birgə əməkdaşlığın genişləndirilməsi, qaçqın və məcburi köçkünlərlə bağlı layihələrin hazırlanıb həyata keçirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib