"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1005
Dövlət Komitəsində məcburi köçkün yeniyetmələrlə görüş keçirilib
Görüşlər 23 Dekabr, 2022

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Braziliya ciu-citsusu üzrə  Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Açıq Bakı Turnirinin qalibi olan məcburi köçkün yeniyetmələrlə görüş keçirilib.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan idman və gənclər siyasətinin gənc nəslin fiziki və mənəvi sağlamlığının təmin edilməsinə yönəldiyi, bu sahədə böyük nailiyyətlər əldə olunduğu diqqətə çatdırılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqın və məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşdığı, onların sağlamlığı, təhsili, sosial problemlərinin həlli, mədəni inkişafı üçün zəruri şəraitin yaradılmasına böyük qayğı göstərdiyi qeyd edilib.

 

Vurğulanıb ki, məcburi köçkünlər arasında da bədən tərbiyəsi və  idmanın kütləviliyinin təmin edilməsi, həmçinin bu kateqoriyadan olan yeniyetmə və gənclərin yaradıcılıq imkanlarının artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdə və yaşayış komplekslərində müxtəlif idman növləri üzrə bölmələr fəaliyyət göstərir.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev idmançı yeniyetmələri təhsildə və idmanda qazandıqları uğurlara görə təbrik edib, onların əzmkarlığını yüksək qiymətləndirib. Qeyd olunub ki, Böyük Qayıdışın həyata keçirilməsi zamanı işğaldan azad edilmiş ərazilərdə yeni salınacaq yaşayış məntəqələrində də onların idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün zəruri şərait yaradılacaqdır.

 

Braziliya ciu-citsusu üzrə Açıq Bakı Turnirində mükafata layiq yerlər tutan məcburi köçkün yeniyetmələr görüşdə turnir təəssüratlarını bölüşüb, qarşıdakı yarışlara necə hazırlaşdıqları barədə danışıblar, səmimi görüşə görə minnətdarlıq bildiriblər.

 

Sonda xatirə şəkli çəkdirilib.

04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib