"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1172
Dövlət Komitəsinin sədri Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Görüşlər 16 Sentyabr, 2022

Sentyabrın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannla görüşüb.

 

Ölkəmizdə yeni fəaliyyətə başlamış diplomata qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas istiqamətləri, komitənin fəaliyyəti haqında ətraflı məlumat verilib.  Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti aparması nəticəsində otuz ilə yaxın bir müddətdə ölkəmizin ciddi problemlərlə üzləşdiyi, bir milyondan çox azərbaycanlının öz daimi yaşayş yerindən didərgin düşdüyü, yalnız iki il əvvəl torpaqlarımızın işğalına son qoyulması ilə əlaqədar məcburi köçkünlərin öz ata-baba yurdlarında qayıdışına imkan yarandığı, hazırda bu sahədə məqsədyönlü addımlar atıldığı bildirilib.

 

Qeyd edilib ki, məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritetlərindən olub və dövlətimizin başçısı Böyük Qayıdışın uğurla icra edilməsi üçün zəruri tədbirlər həyata keçirir. Qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğı göstərilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətində aparıcı xətdir.  

 

İşğaldan azad edilmiş ərazilərdə geniş miqyasda bərpa-quruculuq işlərinin aparılması, məcburi köçkünlərin mütləq əksəriyyətinin yüksək əhval-ruhiyyə ilə qayıdışa hazırlaşması qeyd edilib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH) ölkəmizdə ötən illərdə məcburi köçkünlərlə bağlı uğurlu fəaliyyətinin Böyük Qayıdış dövründə də davam etdirəcəyinə inam ifadə olunub.

 

Səfir Ralf  Horlemann səmimi görüşə və ətraflı məlumata görə təşəkkür edərək, qarşıdakı fəaliyyəti dövründə Almaniya-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsinə çalışacağını vurğulayıb. O, ölkəmizi yaxından tanımaq istədiyini, bu məqsədlə, ilk növbədə, əfsanəvi şəhər kimi təsəvvür etdiyi Şuşaya getməyi qərara aldığını deyib. Alman diplomat işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparılmasını da təqdir edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib