"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 830
Dövlət Komitəsində görüş keçirilib
Görüşlər 16 Fevral, 2022

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi müşaviri Filip Tişu ilə görüşüb.

 

Bildirilib ki, Prezident İlham Əliyev keçmiş məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Məcburi köçkünlərin təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

 

Dövlət Komitəsinin sədr müavini bu illər ərzində məcburi köçkünlərə göstərilən humanitar dəstəyə görə ABŞ hökumətinə təşəkkürünü bildirib. Qeyd edilib ki, məcburi köçkünlərin mütləq əksəriyyəti işğaldan azad edilmiş ərazilərə - öz daimi yaşayış yerlərinə qayıtmaq niyyətindədir. Könüllülük prinsipi ilə həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsizlik və ləyaqətli həyat şəraiti təmin edildikdən sonra başlanacaq. Prezidentin tapşırıqlarına əsasən, hazırda dövlət qurumları bununla bağlı məsələləri həll etmək məqsədilə əlaqəli fəaliyyət göstərirlər.

 

Qonağa işğaldan azad edilmiş ərazilərin mövcud vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri, bərpa-quruculuq işləri və məcburi köçkünlərin qayıdışa hazırlanması barədə də məlumat verilib. Fuad Hüseynov nəzərə çatdırıb ki, işğaldan azad edilmiş bir neçə  şəhərin Baş planı təsdiq edilib və digərlərinin də Baş planları yaxın zamanlarda təsdiqlənəcək. Bu ilin əvvəlindən işğaldan azad olunmuş Şuşa və Ağdam rayonlarına müntəzəm avtobus səfərləri təşkil olunur. İşğaldan azad olunmuş digər rayonlara avtobus xətləri planlaşdırılır.

 

Fuad Hüseynov vurğulayıb ki, post-münaqişə dövründə Ermənistan tərəfindən iki dəfə təqdim olunan mina xəritələrinin etibarlılığı həqiqəti əks etdirmir. Bu ərazilərin kütləvi minalanması yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtması hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir. Ərazilərin minalardan təmizlənməsi prosesinin sürətlə aparılmasına baxmayaraq, mütəmadi olaraq baş verən mina partlamaları vətəndaşların həlak olması və ağır xəsarət alması ilə nəticələnir.

 

Filip Tişu səmimi qəbula görə təşəkkürünü bildirib. Azərbaycan dövlətinin məcburi köçkünlərlə bağlı həyata keçirdiyi siyasətin təqdirəlayiq olduğunu vurğulayıb. Ötən il Ağdam şəhərinə səfər etdiyini qeyd edən qonaq şəhərin dağıntıları ilə tanış olduğunu, bu görüntülərdən sonra həm təəccüb, həm də təəssüf hissi keçirdiyini ifadə edib.

 

Sonda Filip Tişu gələcək əməkdaşlığın mümkün imkanlarından söz açılıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

24 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
10 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib
27 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib
26 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində xanım Aleksandra Bilak ilə görüş keçirilib
07 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib
05 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Oktyabr, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib
29 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 Oktyabr, 2024 / Görüşlər Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək
15 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib
08 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində əcnəbi jurnalistlərlə görüş keçirilib
27 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini vətəndaşların qəbulunu keçirib
24 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşları qəbul edib
17 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib