"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1408
Dövlət Komitəsində Böyük Britaniyadan gəlmiş analitiklərlə görüş olub
Görüşlər 08 Dekabr, 2021

Dekabrın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Böyük Britaniyanın Münaqişənin və Sabitliyin Birgə Təhlili Qrupunun mütəxəssisləri Ryan Qrist və Helen Kriger-Elis Makkenzi ilə görüşüb.

 

Azərbaycanda qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının səbəbləri, bu problemin həlli istiqamətində aparılan dövlət siyasəti, həmçinin komitənin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib. Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu sahədəki təşəbbüslərinin böyük əhəmiyyət daşıdığı bildirilib. Qeyd edilib ki, Ermənistanın otuz ilə yaxın müddətdə işğalda saxladığı, ötən il 44 günlük müharibə nəticəsində azad edilmiş ərazilərdə Azərbaycan dövləti geniş bərpa-quruculuq işlərinə başlayıb, məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllülük prinsipi əsasında və ləyaqətlə öz tarixi torpaqlarına qayıdışına hazırlıq görülür.

 

İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması və minatəmizləmə işlərinə Böyük Britaniyanın verdiyi dəstək minnətdarlıq hissi ilə qeyd olunub, bunun ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyi bildirilib.

 

Britaniyalı analitik Ryan Qrist Azərbaycana səfərdən məmnunluq duyduqlarını vurğulayıb,  münaqişənin başa çatmasını, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasını yüksək dəyərləndirib. Postmünaqişə dövründə qarşıya qoyulan məqsədlər, keçmiş münaqişə zonasında dinc birgəyaşayışla bağlı qonaqların sualları cavablandırılıb. Həmçinin bu sahədə əməkdaşlıq imkanlarına toxunulub, fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

 

04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib