"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1601
Dövlət Komitəsində AŞPA nümayəndə heyəti ilə görüş keçirilib
Görüşlər 27 İyul, 2021

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü, “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” mövzusunda hazırlanacaq hesabatın məruzəçisi Pol Qavan ilə görüşüb.

 

Görüşdə qonaqlara Azərbaycan ərazilərinin işğalına səbəb olan münaqişənin tarixi və nəticələri haqqında məlumat verilib. Qeyd edilib ki, Ermənistan tərəfindən 30 ilə yaxın işğalda saxlanılan ərazilərimiz dağıntılara məruz qalıb, yaşayış binaları, fərdi evlər, tarixi və dini abidələrimiz məhv edilib. Bu müddətdə respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin sosial problemlərinin həllinə diqqət və qayğı göstərilib. Prezident İlham Əliyevin tapşırığı əsasında məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, maddi rifahının yüksəldilməsi prioritet təşkil edib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən onlara xüsusi yanaşma olub.

 

Məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıtması üçün, dövlət tərəfindən mühüm tədbirlər görülür. “Ağıllı kənd” layihəsi əsasında qəsəbələr salınır. İlk belə qəsəbə Zəngilan rayonu Ağalı kəndində salınır, 200 fərdi mənzilin tikintisi həyata keçirilir. Tamamilə dağıdılmış Ağdam şəhərinin yenidən qurulmasına başlanılıb.

 

AŞPA-nın Humanitar nəticələr üzrə məruzəçisi Pol Qavan bildirib ki, məcburi köçkün məsələsi həssasdır və onlarla bağlı həyata keçirilən tədbirlər istiqamətində Azərbaycan hökumətinin üzərinə mühüm vəzifələr düşür. O, işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə Azərbaycan dövlətinə uğurlar arzulayıb.

 

Görüşdə AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin katibliyinin rəhbəri Mark Nevil iştirak edib.

 

Dövlət Komitəsi sədrinin müavini qonaqların məcburi köçkünlərin məşğulluğu, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qayıdış və digər məsələlərlə bağlı suallarını cavablandırıb. 

 

***

 

Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov beynəlxalq ekspert Cefferi Senoqleslə də görüşüb. Ekspert Ermənistanın 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərinə vurduğu ziyanla bağlı məlumat toplayır. Toplanmış materiallar əsasında beynəlxalq məhkəməyə müraciət ünvanlanacaq.

 

Görüşdə Cefferi Senoqlesi maraqlandıran suallar cavablandırılıb.

19 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2026 / Görüşlər Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
14 May, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
12 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 May, 2026 / Görüşlər 19 ölkədən gələn yeni təyin olunmuş diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
05 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib