"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1765
Dövlət Komitəsində Türkiyənin ölkəmizdəki səfiri ilə görüş olub
Görüşlər 12 Aprel, 2021

Aprelin 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

 

Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kimi səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin xalqlarımızın mənafeyinə tam uyğun olduğunu, Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq əlaqələrinin ölkələrimizə böyük fayda gətirdiyini vurğulayan komitə sədri görüşün əlamətdar bir vaxta təsadüf etdiyini bildirib. Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad edilməsində Türkiyənin dəstəyinin əhəmiyyətli rol oynadığı və xalqımızın yaddaşında həmişə yaşayacağı qeyd olunub.

 

Prezident İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həssas münasibəti sayəsində məcburi köçkünlərin problemlərinin mərhələli şəkildə öz həllini tapdığı, indi isə onların doğma yurda təhlükəsiz qayıdışına hazırlıq, işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində zəruri tədbirlərin görüldüyü vurğulanıb.

 

Komitə sədri səfir Erkan Özoralı Azərbaycanın yüksək dövlət təltifinə - “Dostluq” ordeninə layiq görülməsi münasibətilə təbrik edib, onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə məcburi köçkünlərlə bağlı tədbirlərə göstərdiyi dəstəyə görə təşəkkür bildirib, gələcək işlərində uğurlar arzulayıb.

 

Türkiyəli diplomat səmimi qəbula görə minnətdarlıq edərək, Azərbaycandakı fəaliyyətinin onun həyatında unudulmaz bir dövr olduğunu, xüsusən, bu dövrdə torpaqlarımızın işğalına son qoyulmasından, Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasından sevinc və qürur hissi keçirdiyini bildirib. O, ölkəmizdə ən çox səfər etdiyi yerin Cocuq Mərcanlı olduğunu xatırladaraq deyib ki, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışı zamanı da Azərbaycanın dünyaya nümunə göstəricəyinə əmindir.   

 

Səfir bundan sonrakı fəaliyyətində də qardaş xalqlarımız arasındakı əlaqələrdə fəal iştirak edəcəyini qeyd edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

19 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2026 / Görüşlər Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
14 May, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
12 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 May, 2026 / Görüşlər 19 ölkədən gələn yeni təyin olunmuş diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
05 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib