"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1789
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
Görüşlər 22 Yanvar, 2021

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 22-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyevlə görüşüb.

 

Dövlət Komitəsinin sədri bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə rəşadətli ordumuzun gerçəkləşdirdiyi “Dəmir yumruq” əks-həmlə əməliyyatı nəticəsində Ermənistanın hərbi qüvvələri işğal edilmiş ərazilərdən qovulub. Ölkəmizin ərazi bütövlüyü bərpa olunub, keçmiş məcburi köçkünlərin beynəlxalq hüquqda təsbit olunmuş hüquqlarından istifadə edərək doğma torpaqlarına qayıtmağı üçün şərait yaranıb.

 

Qeyd edilib ki, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərdə ermənilər tərəfindən misilsiz vandalizm aktları törədilib. Xalqımızın maddi-mədəni irsi olan tarixi-dini abidələr, məscidlər məhv edilib, yaşayış məskənləri dağıdılıb. Bununla tarixi saxtalaşdırmağa çalışan ermənilər həmin ərazilərin azərbaycanlıların qədim yurd yeri olduğu ilə bağlı izləri silmək məqsədi güdüblər.

 

Prezident İlham Əliyevin tapşırığı ilə təhlükəsizlik tədbirləri görülür, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar işlər aparılır. Bərpa-quruculuq işləri başlayıb, kommunikasiya, rabitə, yol infrastrukturu yenidən qurulur. Eyni zamanda, abidələr, tarixi əhəmiyyət daşıyan tikililər bizim çoxəsrlik memarlıq nümunələri əsasında yenidən bərpa ediləcək. İşğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi keçmiş məcburi köçkünlərin ləyaqətlə və təhlükəsiz şəkildə ata-baba torpaqlarına qayıdıb, yeni həyata başlamasına şərait yaradacaqdır.

 

Nəzərə çatdırılıb ki, münaqişənin ilk illərində məcburi köçkünlərlə bağlı humanitar layihələr həyata keçirən beynəlxalq təşkilatların dəstəyinə yenə də ehtiyac var.

 

BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev bildirib ki, işğaldan azad edildikdən sonra Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri ilə birgə Füzuli rayonuna səfər edib. O, müxtəlif ölkələrdə dağıdılmış yerlərə səfər etdiyini, lakin Füzuli rayonundakı kimi dağıntı ilə heç bir yerdə rastlaşmadığını bildirib. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsi çərçivəsində kəhrizlərin bərpa edilməsi üçün bu il yeni üsulun tətbiq ediləcəyi diqqətə çatdırılıb və layihənin icrasının işğaldan azad edilmiş ərazilərdə də davam etdirilməsi təklif edilib. V. Georgiyev qeyd edib ki, əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, Böyük Qayıdışla bağlı müxtəlif layihələrin icra edilməsi üçün səylərini əsirgəməyəcək.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

10 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib
27 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib
26 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində xanım Aleksandra Bilak ilə görüş keçirilib
07 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib
05 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Oktyabr, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib
29 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 Oktyabr, 2024 / Görüşlər Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək
15 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib
08 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində əcnəbi jurnalistlərlə görüş keçirilib
27 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini vətəndaşların qəbulunu keçirib
24 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşları qəbul edib
17 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
10 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib