"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1670
Dövlət Komitəsinin sədri BMT nümayəndəsi ilə humanitar məsələləri müzakirə edib
Görüşlər 09 Oktyabr, 2020

Oktybarın 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb. Görüşdə işğaldan azad olunmuş ərazilərdə humanitar məsələlərin həlli və bu istiqamətdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

 

Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasəti haqqında məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritetlərindən biri kimi müəyyənləşdirib, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir. Birinci vise-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarla bağlı bütün məsələlərin həllinə qayğı və həssaslıqla yanaşır.

 

Qeyd olunub ki, təcavüzkar Ermənistanın silahlı birləşmələrinin getdikcə intensiv xarakter alan və mülki əhalinin həyatına təhlükə yaradan təxribatlarına son qoymaq üçün Azərbaycan ordusu əks-həmlə əməliyyatına başlayıb. Dinc əhalinin hədəfə alınması nəticəsində mülki şəxslər, o cümlədən məcburi köçkünlər arasında ölənlər və yaralananlar var. Bildirilib ki, BMT-nin Azərbaycanda fəaliyyət göstərən təsisatlarının rəhbərlərinin ötən il səfər etdikləri Tərtər rayonunun Şıxarx qəsəbəsində, eyni zamanda Ağdam, Füzuli və Goranboy rayonlarında məcburi köçkünlər üçün salınmış yaşayış kompleksi də ağır silahlardan atəşə tutulub,  binalarda dağıntı, sakinlər arasında ölən və yaralılar var.

 

Dövlət Komitəsinin sədri bildirib ki, təcavüzkar Ermənistan beynəlxalq hüquq norma və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə əməl etmir, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair tələblərini yerinə yetirmir.

 

Qulam İshaqzai cəbhəboyu zonada vəziyyətin gərginləşməsindən narahatlığını bildirərək hərbi və mülki şəhidlərə görə başsağlığı verib. BMT ilə Dövlət Komitəsi arasında olan sıx və səmərəli münasibətlərin daim inkişaf edəcəyinə əminliyini bildirib. O, münaqişə zamanı ziyan dəymiş mülki əhalinin vəziyyəti ilə maraqlanıb. Q.İshaqzai indiki vəziyyətdə BMT təsisatları ilə birlikdə müxtəlif istiqamətlərdə ünvanlı dəstək verilməsinə hazır olduğunu bildirib. 

 

Görüşdə iştirak edən BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasetti isə müharibədən ziyan çəkən insanlara yardım etməklə yanaşı BMT-nin digər təsisatları kimi münaqişə başa çatdıqdan sonra bərpa işlərinə də dəstək verə biləcəklərini diqqətə çatdırıb.

 

BMT-nin agentlikləri tərəfindən 1992-ci ildən etibarən Azərbaycanda məcburi köçkünlərlə bağlı həyata keçirilən layihə və humanitar yardım tədbirlərin əhəmiyyəti qeyd edilib. Azərbaycanın işğal olunmuş əraziləri azad olunduqdan sonra məcburi köçkünlərin geri qayıdışının həyata keçirilməsində BMT-nin təsissatları ilə əməkdaşlığın davam etdiriləcəyinə inam ifadə olunub.  

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

19 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2026 / Görüşlər Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
14 May, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
12 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 May, 2026 / Görüşlər 19 ölkədən gələn yeni təyin olunmuş diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
05 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib