"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1289
Dövlət Komitəsində vətəndaşlarla virtual ünsiyyət davam etdirilir
Görüşlər 24 Aprel, 2020

Ölkəmizin ərazisində koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşını almaq məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin tələblərin uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vətəndaşlarla virtual ünsiyyətə üstünlük verir. Bu məqsədlə komitənin rəhbər işçilərinin videoqəbulları təşkil edilir, mobil rabitə vasitəsilə qurulan görüntülü bağlantılarda vətəndaşların müraciətləri dinlənilir.

 

Aprelin 24-də komitənin sədr müavini Fuad Hüseynov növbəti videoqəbul keçirib. Sədr müavini əvvəlcədən qəbula yazılmış 30-dan çox vətəndaşla görüntülü danışıb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

 

Komitənin rəsmi “Facebook” səhifəsində isə “Virtual qəbul otağı”nın növbəti canlı yayımı gerçəkləşdirilib. Səhifənin izləyicilərinə əvvəlcədən bildirildiyi kimi, bu dəfəki canlı yayımda da vətəndaşların müraciətlərini komitənin Hüquq sektorunun müdiri Ziya Məmmədov cavablandırıb. Canlı yayıma komitənin mətbu orqanı olan “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev moderatorluq edib.

 

Virtual ünsiyyət zamanı ölkəmizdə məcburi köçkünlərin problemlərinin həllinin sosial siyasətin prioritet istiqamətlərindən olduğu bir daha xatırladılıb. Koronavirus pandemiyasının iqtisadi fəallığa mənfi təsir göstərdiyi vaxtda belə Prezident İlham Əliyev sosial layihələrin, o cümlədən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə layihələrin tam həcmdə icra  olunacağını bəyan edib. Dövlətimizin başçısının bu il 7 mindən çox məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəllərinin salınması barədə tapşırığının icrası istiqamətində zəruri iş aparılır. Bu işlər Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Ölkə rəhbərinin 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində inşa edilən yaşayış məhəllələrində tikinti işlərinin gedişi ilə tanış olması bunu bir daha təsdiqləyir.

 

“Virtual qəbul otağı”nda saat 13:00-da başlanan və bir saatdan çox davam edən canlı yayım  zamanı səhifənin rəy bölməsinə 200-dən çox vətəndaşın müraciəti daxil olub. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminat, kommunal xidmətlər, qeydiyyat və s. məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib. Hüquqi məsələlərlə bağlı müraciətlər  dərhal cavablandırılıb. Araşdırılması müəyyən vaxt tələb edən müraciətlərin müəlliflərinə özləri haqqında məlumatı və əlaqə üçün telefon nömrəsini mesaj vasitəsilə səhifənin administratoruna göndərmək təklif olunub. Həmin müraciətlərin mövcud qanunvericilik çərçivəsində cavablandırılacağı bildirilib.

 

“Virtual qəbul otağı”nın canlı yayımında izləyicilərə COVID-19 qlobal pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyə və tələbləri barədə məlumat verilib.

 

Xüsusi karantin rejiminin davam etdiyi müddətdə komitənin vəzifəli şəxslərinin videoqəbulu və “Virtual qəbul otağı”ndan vaxtaşırı canlı yayımlar təşkil olunacaq. Bu barədə komitənin rəsmi Facebook səhifəsində əvvəlcədən müvafiq məlumat yerləşdiriləcəkdir.

10 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib
27 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib
26 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində xanım Aleksandra Bilak ilə görüş keçirilib
07 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib
05 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Oktyabr, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib
29 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 Oktyabr, 2024 / Görüşlər Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək
15 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib
08 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində əcnəbi jurnalistlərlə görüş keçirilib
27 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini vətəndaşların qəbulunu keçirib
24 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşları qəbul edib
17 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
10 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib