"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1725
Dövlət Komitəsində videoqəbullar davam etdirilir
Görüşlər 07 Aprel, 2020

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz funksional fəaliyyətini ölkəmizin ərazisində koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşını almaq məqsədilə həyata keçirilən dövlət tədbirləri çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və qaydalara uyğun olaraq yerinə yetirir.

 

Komitə sədri Rövşən Rzayev aprelin 7-də növbəti videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

 

Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi, qlobal pandemiya ilə bağlı fövqəladə şəraitdə əhalinin təhlükəsizliyinin qorunması, koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Belə şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlərin deyil, bütün cəmiyyətin, o cümlədən qaçqınların və məcburi köçkünlərin sosial məsuliyyətdən irəli gələn addımlarının, görülən işlərə dəstəyinin vacibliyi qeyd edilib.

 

Məcburi köçkünlərə bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilir.

 

Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

 

Komitə sədrinin videoqəbulu dörd saatdan çox davam edib. Əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınıb.

 

Xatırladaq ki, komitədə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, digər vəzifəli şəxslərin də videoqəbulları davam etdiriləcəkdir. 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazılmaq olar. Bu zaman vətəndaş özü haqqında məlumat, əlaqə üçün telefon nömrəsi verməli və hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməlidir. Videoqəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən zəng edilməklə aparılır.

15 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində xanım Aleksandra Bilak ilə görüş keçirilib
07 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib
05 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Oktyabr, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib
29 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 Oktyabr, 2024 / Görüşlər Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək
15 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib
08 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində əcnəbi jurnalistlərlə görüş keçirilib
27 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini vətəndaşların qəbulunu keçirib
24 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşları qəbul edib
17 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
10 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini ispaniyalı jurnalistə müsahibə verib
28 Avqust, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların növbəti qəbulunu keçirib
22 Avqust, 2024 / Görüşlər Dövlət Komitəsində finlandiyalı qonaqlarla görüş keçirilib
21 Avqust, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların növbəti qəbulunu keçirib