"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1719
Dövlət Komitəsinin “Virtual qəbul otağı”nda ilk canlı yayım olub
Görüşlər 19 Mart, 2020

Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyələri nəzərə alınaraq, respublika ərazisində virusun yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların fiziki qəbulu martın 17-dən, müvəqqəti olaraq, dayandırılıb. Martın 18-də Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən qəbula yazılmış vətəndaşlarla növbəlilik əsasında  görüntülü telefon əlaqəsi yaradıb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

 

Martın 19-da isə komitənin rəsmi Facebook səhifəsində “Virtual qəbul otağı” layihəsinin icrasına başlanılıb.  Belə ki, komitənin mətbuat orqanı – “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyevin moderatorluğu ilə komitənin Hüquq sektorunun müdiri Ziya Məmmədov saat 12:00-dan 13:00-dək və 15:00-dan 16:00-dək canlı yayımda vətəndaşların suallarını cavablandırıb. Virtual qəbulda komitənin müvafiq strukrturlarının nümayəndələri iştirak ediblər. Onlar  1657 telefon nömrəsi ilə komitənin “Qaynar xətti”nə  zəng etmiş vətəndaşların müraciətlərini qeydə alıb, müvafiq qaydada yönləndiriblər.

 

İki seans ərzində 100-dən çox izləyici komitənin Facebook səhifəsinin  rəy bölməsinə öz  müraciətini və sualını yazıb. Bunların hamısı canlı yayımda səsləndirilib və cavablandırılıb. Müraciətləri araşdırma tələb edən izləyicilərə bildirilib ki, onlara araşdırmanın nəticəsi barədə mütləq qaydada məlumat veriləcəkdir.

 

“Virtual qəbul otağı”nın canlı yayımında izləyicilərə COVID-19 qlobal pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyə və tələbləri barədə məlumat verilib. Həmçinin bildirilib ki, Novruz bayramı ilə bağlı 9 qeyri-iş günündən sonra komitədə iş yenə də Operativ qərargahın tələblərinə uyğun davam etdiriləcəkdir.

 

“Virtual qəbul otağı”nda canlı yayımın getdiyi müddətdə, komitənin sədr müavini Sabir Əhmədovun videoqəbulu da keçirilib. Sədr müavini əvvəlcədən qəbula yazılmış  40-dan çox vətəndaşla görüntülü danışıb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

10 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib
27 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib
26 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində xanım Aleksandra Bilak ilə görüş keçirilib
07 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib
05 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Oktyabr, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib
29 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 Oktyabr, 2024 / Görüşlər Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək
15 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib
08 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində əcnəbi jurnalistlərlə görüş keçirilib
27 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini vətəndaşların qəbulunu keçirib
24 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşları qəbul edib
17 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
10 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib