Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Miqrasiya orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın və “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 12 may tarixli 140 nömrəli, “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2014-cü il 26 avqust tarixli 292 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 3 mart tarixli 54 nömrəli, “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə” 2015-ci il 22 may tarixli 194 nömrəli, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 24 yanvar tarixli 11 nömrəli, “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 37 nömrəli, “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 38 nömrəli, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 39 nömrəli, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 40 nömrəli, “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 41 nömrəli və “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 19 yanvar tarixli 16 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 140 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 567; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 544 nömrəli Qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Miqrasiya orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın 3.7.2-ci və 3.7.3-cü yarımbəndlərində “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1024; 2016, № 3, maddə 598) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 3.4-cü bəndinin ikinci cümləsində “əlillər və sağlamlıq imkanları məhdud uşaqlar,” sözləri “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 mart tarixli 54 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 3, maddə 323; 2018, № 2, maddə 342) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qarşı preventiv tədbirlərin həyata keçirilməsi Qaydası”nın 4.1.5.5-ci yarımbəndində “əlil” sözü “əlilliyi olan” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli 194 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 771; 2017, № 4, maddə 617, № 12 (II kitab), maddə 2520) ilə təsdiq edilmiş “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 8.3.8-ci yarımbəndində “qrupunu” sözü “dərəcəsini” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 125, № 6, maddə 1221) ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci və 2.2-ci bəndlərində “I qrup Qarabağ müharibəsi əlilləri” sözləri “I dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 290; 2018, № 2, maddə 349, № 4, maddə 815; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 551 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 3.8-ci bəndinin ikinci cümləsində “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 291; 2018, № 2, maddə 350, № 4, maddə 816; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 552 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nın 3.9-cu bəndinin ikinci cümləsində “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 292, № 10, maddə 1905; 2018, № 2, maddə 351, № 4, maddə 817, № 11, maddə 2432; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 553 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 3.11-ci bəndinin ikinci cümləsində “qrup” sözü “dərəcə” sözü ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 293; 2018, № 2, maddə 352, № 4, maddə 818) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nın 3.7-ci bəndinin birinci cümləsində “sağlamlıq imkanları məhdud şəxslərin” sözləri “əlilliyi olan şəxslərin” sözləri ilə, ikinci cümləsində “I qrup əlil” sözləri “I dərəcə əlilliyi olan” sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 294; 2018, № 4, maddə 819, № 11, maddə 2432) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nın 3.5-ci bəndinin birinci cümləsində “sağlamlıq imkanları məhdud şəxslərin” sözləri “əlilliyi olan şəxslərin” sözləri ilə, ikinci cümləsində “I qrup əlil” sözləri “I dərəcə əlilliyi olan” sözləri ilə əvəz edilsin.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli 16 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 132, № 11, maddə 2433) ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nın 7-ci hissəsində “əlillərinin” sözü “bununla əlaqədar əlilliyi olan şəxslərin” sözləri ilə, “qrup əlillərin” sözləri “dərəcə əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV
Bakı şəhəri, 7 mart 2019-cu il
№ 83