"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında
Çap et

Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 6 dekabr tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 avqust tarixli 249 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

 

           

                     Müşahidə Şurasının sədri

 

 

 

Rövşən Rzayev

 

– Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

 

 

                       Müşahidə Şurasının üzvləri:

 

 

 

İlqar Fəti-zadə

 

– Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

 

Mətin Kərimli

 

– Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

 

Cəmaləddin Quliyev

 

– Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri

 

Azay Quliyev

 

– Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri

 

Adil Abdullayev

 

– “Avropa Lift Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, Azərbaycan Respublikası Kiçik və Orta Sahibkarlar İttifaqının prezidenti

 

Qulam İshaqzai

 

– BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi

 

Caydev Sinqx

 

– ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı Missiya Direktoru

 

Guido Ambroso

 

– BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi.

 

2. “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 15 oktyabr tarixli 151 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 868; 2006, № 11, maddə 991; 2009, № 4, maddə 277) 1-ci hissəsi ləğv edilsin.

 

 

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

 

Bakı şəhəri, 2 oktyabr 2018-ci il

 № 424