“Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 mart tarixli 47 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Əlavələr”ə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 mart tarixli 47 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 303; 2011, № 3, maddə 238) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissə, 1.1-civə 4.1-cibəndlər ləğv edilsin.
2. 3-cü hissəyə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“Müəyyən edilsin ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq seçilmiş idarəedici təşkilatla idarəetmə müqaviləsi bağlananadək dövlətin mülkiyyətində olan qaçqın və məcburi köçkün statusuna malik şəxslərin müvəqqəti yerləşdiyi çoxmənzilli binaların, yaşayış qəsəbələrinin idarə edilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki mənzil-kommunal istismar sahələri tərəfindən həyata keçirilir.”.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 10 oktyabr 2013-cü il
№ 297