"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
“Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 mart tarixli 47 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
Çap et

“Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 mart tarixli 47 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 mart tarixli 47 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 303) aşağıdakı məzmunda 1.1-ci və 4.1-ci bəndlər əlavə edilsin:

“1.1. “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamına uyğun olaraq, 2008-2010-cu illərdə məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yaşayış məntəqələrinin və 2011-ci ildə istismara qəbul ediləcək yaşayış məntəqələrinin yerləşdiyi şəhər və rayonlar üzrə mənzil-kommunal istismar sahələri yaradılsın (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin tabeliyində yeni yaradılan mənzil-kommunal istismar sahələrinin şəhər və rayonlar üzrə siyahısı əlavə edilir).

4.1. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin tabeliyində yeni yaradılacaq mənzil-kommunal istismar sahələrinin fəaliyyətinin təşkili 2011-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə “Mənzil və kommunal təsərrüfatı” bölməsi üzrə nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilsin.”.

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 28 mart 2011-ci il

№ 45

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 28 mart tarixli 45 nömrəli qərarına

ƏLAVƏ

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin tabeliyində yaradılan mənzil-kommunal istismar sahələrinin şəhər və rayonlar üzrə

 

S İ Y A H I S I

 

  1. Bakı şəhəri, Binəqədi rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
  2. Yevlax şəhəri Mənzil-Kommunal İstismarı Sahəsi
  3. Abşeron rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
  4. Ağcabədi rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
  5. Qəbələ rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
  6. İsmayıllı rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
  7. Göygöl rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
  8. Şabran rayonu Mənzil-Kommunal İstismarı Sahəsi

 

 Aparatın rəhbəri Ağa-Bala Hacıyev