"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Çap et

"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

 

qüvvədə olan qanunvericilik aktlarının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasının layihəsini hazırlasın və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

öz səlahiyyəti hüdudlarında həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Müəyyən edilsin ki:

 

"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

 

həmin Qanunun 1-cı maddəsinin ikinci hissəsində 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həyata keçirir. [2]

 

həmin Qanunun 16-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

 

həmin Qanunun 17-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; [3]

 

həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

 

həmin qanunun 6-cı maddəsinin beşinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (birinci halda), 11-ci maddəsinin birinci hissəsinin altıncı abzasında, 12-ci maddəsinin birinci hissəsində (birinci halda), 13-cü maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci və üçüncü (hər iki halda) hissələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. [4]

 

həmin Qanunun 13-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.  [5]

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 8 iyul 1999-cu il

№ 148

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.6 mart 2008-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168)

 

2.9 avqust 2010-cu il tarixli 313 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 avqust 2010-cu il, № 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 8, maddə 718)

 

3.21 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1409)

 

4.22 oktyabr 2015-ci il tarixli 658 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika” qəzeti, 23 oktyabr 2015-ci il, № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1130)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 9 avqust 2010-cu il tarixli 313 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının Prezidentinin  Fərmanı (“Azərbaycan” qəzeti, 10 avqust 2010-cu il, № 172, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 8, maddə 718) ilə 2-ci bəndinin ikinci abzasında "10-cu maddəsinin ikinci hissəsində" sözləri "10-cu və 12-ci maddələrinin ikinci hissələrində" sözləri ilə əvəz edilmişdir.

 

[2] 6 mart 2008-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168) ilə 2-ci bəndinin üçüncü abzasda ", 9-cu maddəsinin birinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində, 12-ci maddəsinin birinci hissəsində, 15-ci maddəsinin ikinci və üçüncü hissələrində" sözləri "10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda)" sözləri ilə əvəz edilmişdir.

 

[3] 6 mart 2008-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168) ilə 2-ci bəndinin dördüncü və beşinci abzaslarda "hüdudlarında" sözündən sonra "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti," sözləri əlavə edilmişdir.

 

[4] 21 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1409) ilə 2-ci hissəsinin yeddinci abzasa “12-ci maddəsinin birinci hissəsində (birinci halda),” sözlərindən sonra “13-cü maddəsinin ikinci hissəsində,” sözləri, “üçüncü” sözündən sonra “(hər iki halda)” sözləri əlavə edilmişdir.

 

22 oktyabr 2015-ci il tarixli 658 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika” qəzeti, 23 oktyabr 2015-ci il, № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 10, maddə 1130) ilə 2-ci hissənin yeddinci abzasında “10-cu maddəsinin birinci hissəsində (birinci halda)” sözləri “6-cı maddəsinin beşinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (birinci halda), 11-ci maddəsinin birinci hissəsinin altıncı abzasında” sözləri ilə əvəz edilmişdir.

 

[5] 6 mart 2008-ci il tarixli 719 nömrəli Azərbaycan Respublikası Azərbaycan Respublikasının Prezidentinin  Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 168) ilə 2-ci bəndinə altıncı və yeddinci abzaslar əlavə edilmişdir, altıncı abzas səkkizinci abzas hesab edilmişdir.

 

21 noyabr 2014-cü il tarixli 369 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 23 noyabr 2014-cü il, № 256; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1409) ilə 2-ci hissəsinin səkkizinci abzası ləğv edilmişdir.