"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
“Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 15 oktyabr tarixli 151 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
Çap et

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.“Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında ” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 15 oktyabr tarixli 151 nömrəli qərarının 1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

“10” rəqəmi “9” rəqəmi ilə və “Tahir Budaqov ” sözləri “Natiq Məmmədov” sözləri ilə əvəz edilsin;

“ Ekson-Azərbaycan” Əməliyyat Şirkətinin Azərbaycandakı baş meneceri” sözləri çıxarılsın.

2.Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 10 noyabr 2006-cı il

№ 238