"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddinin təsdiq edilməsi haqqında
Çap et

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddinin təsdiq edilməsi haqqında 

 

«Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 312 nömrəli Fərmanının 1.4-cü yarımbəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 

 

1. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 2006-cı il üçün 30 manat məbləğində müəyyən edilsin. 

 

2. Bu qərar 2006-cı il iyulun 1-dən qüvvəyə minir. 

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə 

 

Bakı şəhəri, 14  iyun 2006-cı il

№ 145