"Məskunlaşmamiş qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarına və bu qərarla təsdiq edilmiş "Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası"na aşağıdakı dəyişikliklər edilsin:
Qaydanın 3-cü bəndinin ikinci abzasındakı "rübdə bir dəfə" sözləri "rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə", 5-ci bəndinin ikinci abzasındakı "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" sözləri "Barmek-Azərbaycan Elektrik Şəbəkəsi" MMC", "Gəncəelektrikşəbəkə" sözü "Bayva Qərb-Enerji" MMC", "Əli Bayramlıelektrikşəbəkə" sözləri "Bayva Cənub-Enerji" MMC", üçüncü abzasmdakı "Abşeron Regional Səhmdar Su Cəmiyyətinə" sözləri "Azərsu" Səhmdar Cəmiyyətinə" sözləri ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 1 aprel 2005-ci il
№ 61