"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
"Əlillərə, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, Azərbaycan Respublikasının HİV/AİDS-lə xəstələnmiş vətəndaşlarına, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və əlil, əqli və ya fiziki çatışmazlıqları olan uşaqlara tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında
Çap et

"Əlillərə, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, Azərbaycan Respublikasının HİV/AİDS-lə xəstələnmiş vətəndaşlarına, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və əlil, əqli və ya fiziki çatışmazlıqları olan uşaqlara tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1."Əlillərə, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, Azərbaycan Respublikasının HİV/AİDS-lə xəstələnmiş vətəndaşlarına, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və əlil, əqli və ya fiziki çatışmazlıqları olan uşaqlara tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri     A. RASİZADƏ

 

Bakı şəhəri, 7 mart 2005-ci il

№ 37

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 7 mart tarixli 37 nömrəli qərarı ilə

                   TƏSDİQ EDİLMİŞDİR

 

Əlillərə, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, Azərbaycan Respublikasının HİV/AİDS-lə xəstələnmiş vətəndaşlarına, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və əlil, əqli və ya fiziki çatışmazlıqları olan uşaqlara tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi

 

QAYDASI

 

1.Bu Qayda "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır və əlillərə, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, Azərbaycan Respublikasının HİV/AİDS-lə xəstələnmiş vətəndaşlarına, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və əlil, əqli və ya fiziki çatışmazlıqları olan uşaqlara tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi qaydasını tənzimləyir.

 

2. Əlillər, məcburi köçkünlər, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalar, uşaqlar, aztəminatlı və ailə başçısını itirmiş şəxslər, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar, Azərbaycan Respublikasının HİV/AİDS-lə xəstələnmiş vətəndaşları, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlar tibbi və əlil, əqli və ya fiziki çatışmazlıqları olan uşaqlar tibbi, defektoloji və psixoloji yardımla (xidmətlə) Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ərazi dövlət tibb müəssisələrində təmin olunurlar.

 

3. Pulsuz tibbi, defektoloji və psixoloji yardımla (xidmətlə) təmin olunmaq üçün bu Qaydada göstərilən şəxslər ərazi dövlət tibb müəssisəsinə müraciət edib, müvafiq hüquqlarını təsdiq edən əsas sənədləri (əlillik, məcburi köçkünlük və ya qaçqın və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusu haqqında vəsiqəni və ya müvafiq xəstəliklər haqqında arayışı və s.) təqdim etməlidirlər.

 

4.Bu Qaydada göstərilən şəxslərə ixtisaslaşdırılmış tibb müəssisələrində pulsuz tibbi, defektoloji və ya psixoloji yardımlar yalnız ərazi dövlət tibb müəssisələrinin göndərişi əsasında edilir.