"20 Yanvar əlillərinin, milli münaqişə zəminində əlil olanların, əlil uşaqların və digər kateqoriyalardan olan I və II qrup əlillərin, Çernobıl AES-də qəza nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlillərin, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin, HİV/AİDS-lə xəstələnmiş vətəndaşların, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorların dərman preparatları ilə təmin olunması Qaydası"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "20 Yanvar əlillərinin, milli münaqişə zəminində əlil olanların, əlil uşaqların və digər kateqoriyalardan olan I və II qrup əlillərin, Çernobıl AES-də qəza nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlillərin, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin, HİV/AİDS-lə xəstələnmiş vətəndaşların, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorların dərman preparatları ilə təmin olunması Qaydası" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tapşırılsın ki, "Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı"nı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 7 mart 2005-ci il
№38
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2005-ci il 7 mart tarixli 38 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
20 Yanvar əlillərinin, milli münaqişə zəminində əlil olanların, əlil uşaqların və digər kateqoriyalardan olan I və II qrup əlillərin, Çernobıl AES-də qəza nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlillərin, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin, HİV/AİDS-lə xəstələnmiş vətəndaşların, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorların dərman preparatları ilə təmin olunması
QAYDASI
1. Bu Qayda "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 614 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmışdır və 20 Yanvar əlillərinin, milli münaqişə zəminində əlil olanların, əlil uşaqların və digər kateqoriyalardan olan I və II qrup əlillərin, Çernobıl AES-də qəza nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlillərin, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin, HİV/AİDS-lə xəstələnmiş vətəndaşların, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorların dərman preparatları ilə təmin edilməsini tənzimləyir.
2. Bu Qaydada qeyd edilmiş müxtəlif kateqoriyalardan olan insanların ambulator müalicəsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formalı pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısında göstərilən dərman preparatları ilə dövlət büdcəsi vəsaiti hesabına təmin edilir.
3. Pulsuz dərman preparatları ilə təmin olunması üçün bu Qaydada göstərilən şəxslər dövlət müalicə-profilaktika müəssisələrinə müraciət edib, bu hüquqları təsdiq edilən əsas sənədləri (əlillik və ya köçkün statusu haqqında vəsiqəsi, xəstəlik haqqında arayış və s.) təqdim etməlidirlər.
4. Dərman preparatları ilə təmin olunma dövlət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə həyata keçirilir.
Təsdiq olunmuş pulsuz dərman reseptləri əsasında buraxılmış dərman preparatlarının dəyəri vətəndaşların yaşadığı ərazi üzrə səhiyyə şöbələri və ya mərkəzi rayon xəstəxanalarının xərclərində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
5. Pulsuz dərman reseptləri yazmaq hüququ olan dövlət müalicə profilaktika müəssisələrinin siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.
6. Pulsuz dərman reseptləri yazmaq hüququ olan dövlət müalicə-profilaktika müəssisələrinin pulsuz dərman resepti blankları ilə təmin olunması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.
7.Bir pulsuz dərman reseptinə yalnız bir dərman preparatı yazılır.