"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında
Çap et

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 dekabr tarixli, 184 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilməsi Qaydası"nın 3-cü bəndində "ayda bir dəfə dəqiq, dürüstləşdirilmiş" sözləri "hər il yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş" sözləri ilə əvəz edilsin.

2."Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 20 avqust tarixli, 139 nömrəli qərarının 3-cü bəndinin ikinci abzası çıxarılsın.

 

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ 

Bakı şəhəri, 4 aprel 2002-ci il 
№ 56