"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayan səbəblərə görə işlə təmin olunmamış məcburi köçkünlərə orta əmək haqqı verilməsi müddətinin uzadılması haqqında
Çap et

Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayan səbəblərə görə işlə təmin olunmamış məcburi köçkünlərə orta əmək haqqı verilməsi müddətinin uzadılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1."Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının ikinci bəndinin müddəti 2000-ci il yanvarın 1-dək uzadılsın.

 

2.Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin qaçqınların və məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq humanitar təşkilatlarla iş şöbəsinə və elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinə həvalə edilsin.

 

3.Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 30 mart 1999-cu il
№ 56