"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
İşsiz məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı bölgələrdə yerli müəssisə və təşkilatlarda işə cəlb edilməsi haqqında
Çap et

İşsiz məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı bölgələrdə yerli müəssisə və təşkilatlarda işə cəlb edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 dekabr tarixli 265 nömrəli qərarı haqqında» 1996-cı il 18 noyabr tarixli 158 nömrəli qərarının 2-ci bəndi ilə müəyyən edilmiş müddət 1997-ci il oktyabrın 1-dək  uzadılsın.

 

2.Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin orta əmək haqqının verilməsi barədə bu qərarın 1-ci bəndi ilə müəyyən edilmiş müddətin başa çatdığını nəzərə alaraq, həmin  köçkünlərin müvəqqəti məskunlaşdığı bölgələrdə 1997-ci il 1 oktyabr tarixdən işə cəlb edilməsi üçün işğal olunmuş rayonların ümumi ştat  sayı hesabına müvafiq yerli müəssisə və təşkilatlara əlavə ştat ayrılması haqqında Maliyyə Nazirliyinin Təhsil Nazirliyi, Mədəniyyət  Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlətqaçqınkomla razılaşdırılmış təklifi qəbul edilsin.

 

3. Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlətqaçqınkom, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər əlaqədar təşkilatların rəhbərlərinə tapşırılsın ki, Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu qərarın 2-ci bəndinin  icrasını təmin etsinlər və cari ilin oktyabrın 15-dək Nazirlər Kabinetinə məlumat versinlər.

 

4. Bu qərarın icrasına nəzarət Nazirlər Kabineti İşlər İdarəsinin qaçqınların və məcburi köçkünlərin işləri üzrə, elm, mədəniyyət və xalq təhsili, səhiyyə və sosial problemlər şöbələrinə həvalə edilsin.

 

 Azərbaycan Respublikasının Baş naziri

 A. RASİZADƏ

Bakı şəhəri, 20 avqust 1997-ci il

№ 95