"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında
Çap et

Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

 

1.Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 2007-ci il yanvarın 1-dən 50 faiz artırılsın.

 

2.“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 566 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1054) 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 19 dekabr 2006-cı il

№1840