"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında
Çap et

Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

Məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

 

(Qüvvədən düşüb) [1]

 

2."Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında" Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci  il 13 oktyabr tarixli 543 nömrəli  sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 dekabr 2004-cü il

№ 566        

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.12 dekabr 2006-cı il tarixli 487 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1034)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

[1] 19 dekabr 2006-cı il tarixli 1840 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1034) ilə 1-ci bəndi qüvvədən düşmüş hesab edilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

 

1.Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 2005-ci il yanvarın 1-dən ayda 30000 manat məbləğində müəyyən edilsin.