Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1.Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 2000-ci ilin yanvar ayının 1-dən ayda 20000 manat məbləğində müəyyən edilsin.
2.Bu sərəncamın qəbul edilməsi ilə əlaqədar olaraq "Məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 17 fevral tarixli 81 nömrəli sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 6 dekabr 1999-cu il
№ 279