“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 fevral tarixli 3704 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:
1. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 53, № 2, maddə 187) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə “36,0 (otuz altı)” sözləri “40,0 (qırx)” sözləri ilə əvəz edilsin;
1.2. 1-3-cü hissədə “20,0 (iyirmi)” sözləri “22,0 (iyirmi iki)” sözləri ilə əvəz edilsin.
2. Bu Fərman 2018-ci il martın 1-dən tətbiq edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 aprel 2018-ci il
№ 1920