Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 6 dekabr tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 6 dekabr tarixli 215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 595) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi”nin 5.3-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:
1.Birinci abzasın ikinci cümləsindən “Azərbaycan Respublikasının Baş nazirinin müavini,” sözləri çıxarılsın.
2.Səkkizinci abzasda “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatları Forumu” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” sözləri ilə əvəz edilsin.
3.Doqquzuncu abzasda “özəl iş adamı” sözləri “sahibkar” sözü ilə əvəz edilsin.
4.Üçüncü-doqquzuncu abzaslar müvafiq olaraq dördüncü-onuncu abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 avqust 2018-ci il
№ 249