"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına əlavələr və dəyişikliklər edilməsi barədə
Çap et

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına əlavələr və dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

 

I. Azərbaycan Respublikası Prezidentinin aşağıdakı fərmanlarına və sərəncamlarına əlavələr və dəyişikliklər edilsin:

 

1. "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 iyun tarixli 467 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №1, maddə 20) 4-cü bəndində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə" sözlərindən sonra " və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə" sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 yanvar tarixli 72 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №1, maddə 25; 2002-ci il, №8, maddə 485; 2003-cü il, №10, maddə 585; 2004-cü il, №7, maddə 537, №10, maddə 799; 2005-ci il, №12, maddə 1102; 2007-ci il, №2, maddə 97, №10, maddə 947) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

2.1. 2.1-ci bənddə " və miqrasiya" sözləri çıxarılsın, "həyata keçirmək" sözlərindən sonra ", əmək miqrasiyası sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək" sözləri əlavə edilsin;

2.2. 2.9-cu bənddə "miqrasiya" sözü "əmək miqrasiyası" sözləri ilə əvəz edilsin;

2.3. 3.19-cu bənddə "hazırlanması üzrə təkliflər verir, onların reallaşdırılması işini təşkil edir və əlaqələndirir" sözləri "hazırlanmasında və həyata keçirilməsində iştirak edir" sözləri ilə əvəz edilsin;

2.4. 3.20-ci bənd aşağıdakı redaksiyada verilsin:

"3.20. Əmək miqrasiyası proseslərinin tənzimlənməsi üzrə təkliflər hazırlayır";

2.5. 3.23-cü bənddə "Miqrantların" sözü "Əməkçi miqrantların" sözləri ilə əvəz edilsin;

2.6. 3.24-cü bənddə "Qeyri-leqal" sözləri "Öz səlahiyyətləri daxilində qeyri-leqal" sözləri ilə əvəz edilsin;

2.7. 3.25-ci bənddə "miqrasiya" sözü "əmək miqrasiyası" sözləri ilə əvəz edilsin;

2.8. 4.6-cı bənddə "Miqrasiya" sözü "Əmək miqrasiyası" sözləri ilə əvəz edilsin.

3. "İmmiqrasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 114 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №3, maddə 166) 2-ci bəndinə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

3.1. üçüncü abzasda "13-cü maddəsinin beşinci hissəsində" sözləri "13-cü maddəsinin dördüncü hissəsində" sözləri ilə əvəz edilsin;

3.2. dördüncü abzasda "Nazirlər Kabineti," sözlərindən sonra "Dövlət Miqrasiya Xidməti," sözləri əlavə edilsin;

3.3. beşinci abzasdan "10-cu maddəsinin beşinci hissəsində, 12-ci maddəsinin ikinci hissəsində və 13-cü maddəsinin ikinci hissəsində" sözləri çıxarılsın, "Daxili İşlər Nazirliyi" sözləri "Dövlət Miqrasiya Xidməti" sözləri ilə əvəz edilsin;

3.4. aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

"həmin qanunun 10-cu maddəsinin beşinci hissəsində və 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.".

 

4. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №7, maddə 410) 2-ci bəndinə aşağıdakı dəyişiklik və əlavələr edilsin:

4.1. üçüncü abzasda ", 9-cu maddəsinin birinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində, 12-ci maddəsinin birinci hissəsində, 15-ci maddəsinin ikinci və üçüncü hissələrində" sözləri "10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda)" sözləri ilə əvəz edilsin;

4.2. dördüncü və beşinci abzaslarda "hüdudlarında" sözündən sonra "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti," sözləri əlavə edilsin;

4.3. aşağıdakı məzmunda altıncı və yeddinci abzaslar əlavə edilsin, altıncı abzas səkkizinci abzas hesab edilsin:

"həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

həmin qanunun 10-cu maddəsinin birinci hissəsində (birinci halda), 12-ci maddəsinin birinci hissəsində (birinci halda), 15-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.".

5. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №9, maddə 539; 2006-cı il, №2, maddə 82) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə"yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

5.1. 2-ci bəndin birinci abzasının birinci cümləsində "Daxili İşlər Nazirliyinə" sözləri "Dövlət Miqrasiya Xidmətinə" sözləri ilə əvəz edilsin, ikinci cümləsi çıxarılsın;

5.2. mətndə "DİN", "MTN" və "XİN" sözləri ismin müvafiq hallarında "Daxili İşlər Nazirliyi", "Milli Təhlükəsizlik Nazirliyi" və "Xarici İşlər Nazirliyi" sözləri ilə əvəz edilsin;

5.3. 3-cü bəndin birinci və üçüncü cümlələrində "Daxili İşlər Nazirliyi" sözləri "Dövlət Miqrasiya Xidməti" sözləri ilə əvəz edilsin, birinci və ikinci cümlələrində "Milli Təhlükəsizlik Nazirliyinə" sözlərindən sonra "və Daxili İşlər Nazirliyinə" sözləri əlavə edilsin;

5.4. 5-ci bəndin birinci cümləsində "Milli Təhlükəsizlik Nazirliyindən alınmış rəylə" sözləri "Milli Təhlükəsizlik Nazirliyindən və Daxili İşlər Nazirliyindən alınmış rəylərlə" sözləri ilə, "Daxili İşlər Nazirliyi tərəfindən" sözləri "Dövlət Miqrasiya Xidməti tərəfindən" sözləri ilə, üçüncü cümləsində "Daxili İşlər Nazirliyi" sözləri "Dövlət Miqrasiya Xidməti" sözləri ilə əvəz edilsin;

5.5. 7-ci bənd çıxarılsın;

5.6. 11-ci bənddə "Daxili İşlər Nazirliyinə" sözləri "Dövlət Miqrasiya Xidmətinə" sözləri ilə əvəz edilsin;

5.7. 13-cü bəndin birinci cümləsində "Daxili İşlər Nazirliyi" sözləri "Dövlət Miqrasiya Xidməti" sözləri ilə əvəz edilsin, "Milli Təhlükəsizlik Nazirliyinə" sözlərindən sonra "və Daxili İşlər Nazirliyinə" sözləri əlavə edilsin, "rəylə" sözü "rəylərlə" sözü ilə əvəz edilsin;

5.8. 19-cu bəndin birinci abzasında "Daxili İşlər Nazirliyinə" sözləri "Dövlət Miqrasiya Xidmətinə" sözləri ilə, beşinci abzasında "siyahısını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edir" sözləri "siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən təsdiq edilir" sözləri ilə əvəz edilsin;

5.9. 20-ci bənddə "Daxili İşlər Nazirliyinə" sözləri "Dövlət Miqrasiya Xidmətinə" sözləri ilə əvəz edilsin;

5.10. 21-ci bəndin birinci və ikinci cümlələrində "Daxili İşlər Nazirliyi" sözləri "Dövlət Miqrasiya Xidməti" sözləri ilə əvəz edilsin, "Milli Təhlükəsizlik Nazirliyinə" sözlərindən sonra " və Daxili İşlər Nazirliyinə" sözləri əlavə edilsin, "rəylə" sözü "rəylərlə" sözü ilə əvəz edilsin;

5.11. 26-cı bəndin birinci cümləsində "Daxili İşlər Nazirliyinə və ya Xarici İşlər Nazirliyinə" sözləri "Dövlət Miqrasiya Xidmətinə, Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə" sözləri ilə, ikinci cümləsində "Daxili İşlər Nazirliyi" sözləri "Dövlət Miqrasiya Xidməti" sözləri ilə əvəz edilsin.

6."Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 250 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 29; 2004-cü il, №1, maddə 19) 2-ci bəndinə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

6.1. dördüncü abzasda "13-cü maddəsinin üçüncü və altıncı hissələrində, 15-ci maddəsinin ikinci hissəsində" sözləri "13-cü maddəsinin üçüncü hissəsində" sözləri ilə əvəz edilsin;

6.2. altıncı abzasda "xəbərdar etsin." sözləri "və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətini xəbərdar etsin;" sözləri ilə əvəz edilsin;

6.3. aşağıdakı məzmunda yeddinci və səkkizinci abzaslar əlavə edilsin:
"həmin qanunun 15-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər;

həmin qanunun 16-cı maddəsində nəzərdə tutulmuş sənədlərin verilməsi və onların müddətinin uzadılması Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəyi əsasında həyata keçirilir.".

7. "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, (III kitab), maddə 611; 2002-ci il, №8, maddə 478) 3-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:

7.1. beşinci abzasda "166.1-ci" rəqəmi "166.2-ci" rəqəmi ilə əvəz edilsin;

7.2. altıncı abzasda "166.2-ci" rəqəmi "166.3-cü" rəqəmi ilə, "həyata keçirir" sözləri "və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər" sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №11, maddə 795; 2004-cü il, №1, maddə 19; 2007-ci il, №8, maddə 765) ilə təsdiq edilmiş "Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1-ci bəndin birinci abzasında "Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (bundan sonra - Dövlətqaçqınkom)" sözləri "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə" sözləri ilə əvəz edilsin;

8.2. mətndə "Dövlətqaçqınkom" sözü ismin müvafiq hallarında "Dövlət Miqrasiya Xidməti" sözləri ilə əvəz edilsin.

9. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №6, maddə 416; 2004-cü il, №6, maddə 440, №9, maddə 674; 2005-ci il, №6, maddə 491, №12, maddə 1102; 2006-cı il, №7, maddə 592, №8, maddə 659; 2007-ci il, №6, maddə 615, №9, maddə 869, №10, maddə 947; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 658 nömrəli fərmanı) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

9.1. həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə"də:

9.1.1. 3.1.10-cu bənddə "vətəndaşlığına qəbul edilmə, vətəndaşlığa bərpa olunma və vətəndaşlığa xitam verilmə məsələləri ilə bağlı işləri" sözləri "vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir" sözləri ilə əvəz edilsin;

9.1.2. 3.1.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

"3.1.11. aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı tədbirləri həyata keçirir;";

9.1.3. 4.1.7-ci bənddə "miqrasiya" sözündən əvvəl "aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə" sözləri əlavə edilsin;

9.2. həmin fərmanla təsdiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturunun iyirmi üçüncü abzasında "Pasport, Qeydiyyat və Miqrasiya Xidməti (baş idarə səlahiyyətli)" sözləri "Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi" sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 773 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №8, maddə 493) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasına immiqrasiya haqqında vəsatətə baxılması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

10.1. mətndə "Daxili İşlər Nazirliyi" sözləri ismin müvafiq hallarında "Dövlət Miqrasiya Xidməti" sözləri ilə əvəz edilsin;

10.2. 12-ci bənd üzrə:

10.2.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

"Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə immiqrant statusu verilməsi barədə qərar qəbul edildikdən sonra həmin şəxs "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşayış yeri üzrə qeydiyyata alınaraq müvafiq sənədlə təmin edilir.";

10.2.2. ikinci abzasın birinci və ikinci cümlələri çıxarılsın;

10.3. həmin Qaydalara əlavə edilmiş "İmmiqrant vəsiqəsi verilməsi haqqında Ərizə-anket" (Əlavə 2) üzrə:

10.3.1. Əlavənin adında və mətnində "immiqrant vəsiqəsi" sözləri ismin müvafiq hallarında "immiqrantın şəxsiyyət vəsiqəsi" sözləri ilə əvəz edilsin;

10.3.2. 9.5-ci qrafa aşağıdakı redaksiyada verilsin:

"9.5. İmmiqrant statusunun verilməsi barədə Dövlət Miqrasiya Xidmətinin qərarı";

10.3.3. 9.6-cı qrafa çıxarılsın;

10.3.4. 16-cı qrafada "Pasportun" sözü "İmmiqrantın şəxsiyyət vəsiqəsinin" sözləri ilə əvəz edilsin.

11. "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 860 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №2, maddə 92) 2-ci bəndinin üçüncü abzasında "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi" sözlərindən sonra ", Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti" sözləri əlavə edilsin.

12. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №2, maddə 62; 2005-ci il, №2, maddə 69; 2006-cı il, №7, maddə 590, №9, maddə 743; 2007-ci il, №2, maddələr 87, 90, №8, maddə 769) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" üzrə həyata keçirilməli Tədbirlərin 3.1.43-cü bəndinin "İcraçılar" sütununda "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi," sözlərindən sonra "Dövlət Miqrasiya Xidməti," sözləri əlavə edilsin.

13. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 aprel tarixli 53 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №4, maddə 233) 2.7.3-cü və 2.7.5-ci bəndlərində "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi" sözlərindən sonra ", Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti" sözləri əlavə edilsin.

14. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №2, maddə 63) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"yə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

14.1. 1.1-ci bənddə "qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi" sözləri "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi" sözləri ilə əvəz edilsin;

14.2. 2.4-cü, 3.3-cü, 3.10-cu, 3.11-ci, 3.13-cü, 3.14-cü, 3.20-ci, 3.27-ci, 4.1-ci, 4.3-cü və 4.6-cı bəndlərdə ", məcburi köçkünlərin və "qaçqın" statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin" sözləri " və məcburi köçkünlərin" sözləri ilə əvəz edilsin;

14.3. 3.1-ci bənddən "qaçqın" və ya" sözləri çıxarılsın;

14.4. 3.12-ci bənd çıxarılsın;

14.5. 3.16-cı bənddə ", məcburi köçkünlər və "qaçqın" statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərlə" sözləri "və məcburi köçkünlərlə" sözləri ilə əvəz edilsin;

14.6. 3.26-cı bənddə ", məcburi köçkünlərə və "qaçqın" statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərə" sözləri " və məcburi köçkünlərə" sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 239, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 yanvar tarixli 700 nömrəli fərmanı) aşağıdakı əlavə və dəyişiklik edilsin:

15.1. aşağıdakı məzmunda 10.3-1-ci bənd əlavə edilsin:

"10.3-1. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi üçün razılıq vermək;";

15.2."16.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

"16.5. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Dövlət Miqrasiya Xidmətinin şöbə müdirlərini və regional idarələrinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, Dövlət Miqrasiya Xidmətinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;".

16. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №7, maddə 540; 2006-cı il, № 9, maddə 743; 2007-ci il, №2, maddə 87, №10, maddə 1011) ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın 3.2-ci bəndinin "İcraçılar" sütununda "Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi" sözləri "Dövlət Miqrasiya Xidməti" sözləri ilə əvəz edilsin.

17. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli 517 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №11, maddə 940; 2005-ci il, №7, maddə 596; 2006-cı il, №9, maddə 743; 2007-ci il, №2, maddə 87) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlərin 7.7-ci və 8.6-cı bəndlərinin "İcraçılar" sütununa "Dövlət Miqrasiya Xidməti" sözləri əlavə edilsin.

18. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 1575 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №7, maddə 623) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006- 2008-ci illər)" çərçivəsində həyata keçiriləcək Tədbirlərin 1.1- 4.9-cu bəndlərinin "İcraçı orqanlar" sütununa "Dövlət Miqrasiya Xidməti" sözləri əlavə edilsin.

19. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №12, maddə 1138) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın 7-ci və 41-ci bəndlərinin "İcra orqanları" sütununda "Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi," sözlərindən sonra "Dövlət Miqrasiya Xidməti," sözləri əlavə edilsin.

20. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 fevral tarixli 1963 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №2, maddə 144) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007 -2012-ci illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlərin "İcraçı orqanlar" sütununa aşağıdakı əlavələr edilsin:

20.1. 1.1.1-ci bənddə "Dövlət Sərhəd Xidməti," sözlərindən sonra "Dövlət Miqrasiya Xidməti," sözləri əlavə edilsin;

20.2. 1.1.3-cü və 1.1.5-ci bəndlərdə "Nazirlər Kabineti," sözlərindən sonra "Dövlət Miqrasiya Xidməti," sözləri əlavə edilsin;

20.3. 2.1.2-ci bənddə "Milli Təhlükəsizlik Nazirliyi," sözlərindən sonra "Dövlət Miqrasiya Xidməti," sözləri əlavə edilsin;

20.4. 2.1.3-cü bənddə "Əlaqələndirmə Şurası" sözlərindən sonra ", Dövlət Miqrasiya Xidməti" sözləri əlavə edilsin;

20.5. 2.2.5-ci, 2.2.7-ci və 2.2.12-ci bəndlərdə "Daxili İşlər Nazirliyi," sözlərindən sonra "Dövlət Miqrasiya Xidməti," sözləri əlavə edilsin.

 

II.Müəyyən edilsin ki:

 

1.Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"nin 9.15-ci bəndində nəzərdə tutulmuş xarici ölkələrə müvəqqəti və ya daimi köçən Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təqdim olunan məlumatlar əsasında həyata keçirilir. Bu məlumatlar Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının konsulluqlarında aparılan uçot məlumatları, habelə Azərbaycan Respublikası konsulluğunun olmadığı xarici ölkələrdə (yerlərdə) yaşayan vətəndaşların yaşayış yeri barədə elektron qaydada Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə verdiyi məlumatlar əsasında hazırlanır; [1]

2.Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 773 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasına immiqrasiya haqqında vəsatətə baxılması Qaydaları"nın 12-ci bəndində nəzərdə tutulmuş immiqrant statusunun verilməsi barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qərar blankı ciddi hesabat sənədidir. İmmiqrant statusunun verilməsi barədə qərarın forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.[2]

 

III. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

 

1.qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin immiqrant statusunun verilməsi barədə qərarının formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

IV.Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 mart 2008-ci il

№ 719

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.20 iyul 2009-cu il tarixli 129 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 22 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 532)

211 sentyabr 2014-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1054)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

[1] 11 sentyabr 2014-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 14 sentyabr 2014-cü il, № 200; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1054) ilə II hissəsinin 1-ci bəndinin ikinci cümləsinə “uçot məlumatları” sözlərindən sonra “, habelə Azərbaycan Respublikası konsulluğunun olmadığı xarici ölkələrdə (yerlərdə) yaşayan vətəndaşların yaşayış yeri barədə elektron qaydada Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə verdiyi məlumatlar” sözləri əlavə edilmişdir.

 

[2] 20 iyul 2009-cu il tarixli 129 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  22 iyul 2009-cu il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 532) ilə II hissəsinin 2-ci bəndi çıxarılmışdır.