"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2004-2008 - ci illər ərzində görülmüş işlər barədə
Çap et

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2004-2008 - ci illər ərzində görülmüş işlər barədə

 

   M Ə L U M A T

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli  Sərəncamı ilə təsdiq edilmiş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət  Proqramı»nın, həmin Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475   nömrəli Sərəncamı ilə təsdiq edilmiş Əlavələrin icrası, 2007-ci il 4 sentyabr tarixdə Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı keçirilmiş müşavirədə Ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin, habelə bu sahədə mövcud olan normativ-hüquqi sənədlərin  yerinə yetirilməsi ilə əlaqədar  2008-cı il ərzində aşağıdakı işlər görülmüşdür:

 

2008 ci ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 338,1 milyon manat vəsait sərf edilmişdir (163,1 milyon manat büdcə, 145 milyon manatı Dövlət Neft Fondunun, 30 milyon manatı isə beynəlxalq humanitar və inkişaf təşkilatlarının vəsaiti). Bu da 2003-cü ildə (103,4 milyon manat, o cümlədən 53,4 milyon manat (AZN) büdcə, 20 milyon manatı Dövlət Neft Fondunun, 30 milyon manatı isə beynəlxalq humanitar və inkişaf təşkilatlarının vəsaiti) qeyd olunan məqsədlər üçün istifadə olunan vəsaitdən 3,2 dəfə çoxdur.

 

Dövlət büdcəsindən qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 2008-ci ildə (163,1 milyon manat) 2003-cü illə müqayisədə (53,4 milyon manat (AZN) ) 3 dəfə artıq vəsait ayrılmışdır.

 

Ağdam rayonunun ərazisində Quzanlı qəsəbəsində Olimpiya İdman Kompleksinin tikintisi başa çatdırılmış və 17 yanvar 2008-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə həmin kompleksin rəsmi açılışı olmuşdur.

 

Saatlı, Sabirabad rayonları ərazisində çadır düşərgələrində və İmişli rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti məskunlaşmış 4179 məcburi köçkün ailəsi üçün Füzuli, Biləsuvar, Sabirabad, Ağdam və Ağcabədi rayonları ərazisində yeni qəsəbələrin salınması, habelə Sabirabad və Saatlı rayonları ərazisindəki çadır düşərgələrinin ləğv edilməsi nəzərdə tutulmuş müddətdə başa çatdırılmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev 2008-ci il 18 aprel tarixdə Füzuli, Biləsuvar və Beyləqan rayonlarına səfəri zamanı Füzuli rayonunda məcburi köçkünlər üçün yeni salınmış Zobucuq qəsəbəsindəki məktəbin açılışında iştirak  və çıxış etmişdir. Görülən işləri yüksək qiymətləndirən ölkə prezidenti elə həmin gün Biləsuvar rayonunda məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə məktəbin açılışında, tarix diyarşünaslıq muzeyində olmuş və məcburi köçkünlərlə səmimi söhbət etmişdir.

 

Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün 500 ailəlik yeni qəsəbənin tikintisi başa çatmış, məcburi köçkün ailələri qəsəbədə olan evlərə köçürülmüşlər.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev 2008-ci il 4 oktyabr tarixdə Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış 500 ailəlik yeni qəsəbənin açılışında iştirak  və çıxış etmişdir.

 

Goranboy rayonu ərazisində Xocalı rayonundan olan məcburi köçkünlər üçün 500 ailəlik 4 yeni qəsəbədən  Aşağı Ağcakənd qəsəbəsində – 150 ailəlik,  Börü qəsəbəsində – 130 ailəlik, Meşəli qəsəbəsində – 100 ailəlik qəsəbələrin tikintisi başa çatmış, hazırda məcburi köçkün ailələri qəsəbələrdə olan evlərə köçürülürlər. Yuxarı Ağcakənd qəsəbəsində – 120 ailəlik qəsəbənin  tikintisi  davam edir.

2008-ci ildə 1000 ailə 4500 nəfər məcburi köçkün üçün 5 yeni qəsəbə inşa edilmişdir. Ümumi sahəsi 52 min kvadrat metr olan yaşayış evləri ilə yanaşı 5 məktəb, 2 uşaq bağçası, 2 tibb müəssisəsi, 2 rabitə evi, 2 klub – icma mərkəzi, 5 inzibati bina, 2 yanğın postu tikilib istifadəyə verilmiş, 59 kilometr yol, 70 kilometr su xətti, 110 kilometr hava elektrik xətti çəkilmiş, 6 ədəd artezian quyusu qazılmış müxtəlif həcmə malik 10 su anbarı inşa edilmiş, 33 transformator quraşdırılmışdır.

 

İstismar müddəti başa çatmış fin tipli qəsəbələrdə, eləcə də ayrı-ayrı şəhər və rayonlardakı məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələrin, binaların və evlərin layihələndirilməsi və tikintisi ilə bağlı işlərin həyata keçirilməsi üçün MKSİF tərəfindən tender komissiyası formalaşdırılmışdır.

 

Kəlbəcər rayonundan olan 596 məcburi köçkün ailəsi üçün Goranboy rayonunun ərazisində inşa edilməsi nəzərdə tutulan qəsəbənin layihə-smeta sənədləri hazırlanaraq başa çatdırılmış, qəsəbənin tikintisinə 2009-cu ilin əvvəllərində  başlanılacaqdır.

 

983 məcburi köçkün ailəsi üçün İmişli rayonunun ərazisində yaşayış qəsəbəsinin, Yevlax rayonu ərazisində 612 məcburi köçkün ailəsinə çoxmərtəbəli binaların inşası üçün  torpaq sahələri ayrılmış, tikinti üçün layihə-smeta sənədlərinin hazırlanmasına başlanılmışdır.

 

Şəki (423 ailə üçün 84,0 ha), Bərdə (195 ailə üçün 134 ha), Ağdam (651 ailə üçün 52 ha), Ağcabədi (681 ailə üçün 136,0 ha) rayonlarında və Mingəçevir şəhərində (502 ailə üçün 8,0 ha) qəsəbələrin və ya hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün torpaq sahələri ayrılmış, qəsəbələrin və ya hündürmərtəbəli yaşayış binalarının layihələndirmə işlərinə başlanılması üçün texniki şərtlərin verilməsi  barədə  aidiyyəti  təşkilatlara müraciətlər edilmişdir.

 

Göygöl rayonu ərazisində 26 məcburi köçkün ailəsi üçün evlərin, yol-küçə və elektrik şəbəkəsinin tikintisinə dair podratçı təşkilatla müqavilə bağlanılmış,  hazırda tikinti işlərinə  başlanılması üçün hazırlıq işləri aparılır.

 

Qəbələ rayonu ərazisində 152 məcburi köçkün ailəsi üçün beş mərtəbəli evlərin tikintisinə başlanılmışdır.

 

Abşeron rayonu ərazisində, Mehdiabad qəsəbəsinin yaxınlığında mövcud yeni salınmış 108 və 40 ailəlik qəsəbələrin həmsərhədində 15 məcburi köçkün ailəsi üçün məhəllənin tikintisi başa çatmış və məcburi köçkün ailələri evlərə köçürülmüşlər.

 

Bundan başqa, 31 məcburi köçkün ailəsi üçün qəsəbə tikilməsi məqsədilə bu ərazidə 4,0 ha torpaq sahəsi ayrılmışdır. Qəsəbənin tikintisinə dair layihə smeta sənədlərinin hazırlanması başa çatdırılmış və rəy alınması üçün sifaişçi  təşkilat tərəfindən Dövlət Ekspertizası idarəsinə təqdim olunmuşdur. Cari ilin sonunadək qəsəbənin tikintisinə dair podratçı təşkilatla müqavilə bağlanılacaqdır.

 

Təcili təmirə ehtiyacı olan 130 məskunlaşma obyektinin bir hissəsində təmir işlərinin aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008 - ci il 10 iyun tarixli 211s nömrəli sərəncamı ilə sifarişçi təşkilat funksiyaları Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna (MKSİF) həvalə edilmişdir. Təmir işlərinin aparılması üçün layihə təşkilatı müəyyən edilmiş və müqavilə bağlanmışdır. Artıq layihə təşkilatı tərəfindən layihə işləri yerinə yetirilmiş, 40 obyektdə təmir işlərinin aparılmasına dair podratçı təşkilatlarla müqavilələr bağlanılmışdır.

 

Bakı şəhəri, Binəqədi rayonu 2 №-li Evtikmə Kombinatının ərazisində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 3,0 ha torpaq sahəsi ayrılmışdır və hazırda 364 məcburi köçkün ailəsinin yerləşdirilməsi üçün 4 ədəd  9-mərtəbəli binanın  tikintisinə başlanılmışdır.

 

Məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən köçürülməsi ilə əlaqədar Komitəyə 1289 müraciət daxil olmuş, onlardan 927 müraciət qaçqın və məcburi köçkünlərdən, 362 müraciət isə vətəndaşlar tərəfindən daxil olmuşdur. 115 məhkəmə prosesində Komitənin nümayəndəsi iştirak etmiş, köçürülmələrin qarşısı alınmış, vətəndaşlara müvafiq cavablar verilmişdir.

 

Hesabat dövründə 11263 nəfər məcburi köçkünün məşğulluğu təmin olunmuşdur. Onlardan 7598 nəfəri yeni yaşayış yerlərində torpaq sahəsinin ayrılması hesabına, 126 nəfər Komitənin Mənzil İstismar Departamentinin yerli strukturlarında, 150 nəfər arıçılıqda, 340 nəfər “Azərsun Holdinq” şirkətinin emal zavodunda, 1752 nəfər tikinti sahəsində, 1297  nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində işlə təmin olunmuşdur.

 

392 nəfərə işsiz statusu verilmiş,  401 nəfərə işsizlik müavinəti təyin edilmiş, 281 nəfər qaçqın və məcburi köçkün əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına, 187 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.

 

Qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 22 obyektdə 340 min manat vəsait həcmində cari,  480 min manat vəsait həcmində isə 16 məskunlaşma obyektində  əsaslı təmir  işləri aparılmışdır.

 

Dövlət investisiya xərcləri hesabına respublikanın müxtəlif rayonlarında tikintisi yarımçıq qalmış 58 evdə tikinti işləri başa çatdırılmışdır.

 

Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər üçün 2008-ci ildə təsdiqlənmiş 70,0 milyon manat vəsait müəyyən edilmiş normativlər üzrə faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına ödənilmişdir.

 

2008-ci il ərzində «Bakıelektrikşəbəkə», «Sumqayıtelektrikşəbəkə» ASC tərəfindən nəzərdə tutulmuş 3800 fərdi evlərdə və 570 kompakt yaşayış yerlərində elektrik sayğaclarının quraşdırılması işi tam 100% başa çatdırılmışdır. Bu sahədə 2003-cü ildə fərdi evlərdə 1800, kompakt yaşayış evlərində 254 sayğac, cəmi 2054 sayğac (fərq-2316), yəni 47% sayğac quraşdırılmışdır. Azərenerji ASC tərəfindən isə cari ildə  nəzərdə tutulan ümumi 44200 sayğacdan fərdi evlərdə 17800, 1180 kompakt məskunlaşma obyektlərində isə 680 sayğac quraşdırılmışdır. Ümumilikdə cəmi 18480 sayğac, yəni 42% sayğac quraşdırılmışdır. Azərenerji ASC tərəfindən 2003-cü ildə fərdi evlərdə 700, kompakt evlərdə isə 45 sayğac quraşdırılmışdır. Ümumilikdə  745 sayğac, yəni  cəmi 2% sayğac- 2008-ci illə müqayisədə 17735 sayğac (40%) az quraşdırılmışdır.

 

Kompakt məskunlaşma obyektlərinin elektrik təchizatlarının sərbəstləşdirilməsi sahəsində- «Bakıelektrikşəbəkə», «Sumqayıtelektrikşəbəkə» ASC üzrə nəzərdə tutulan 570 obyektdən 558, yəni 98%, 2003-cü ildə 183 (2008-ci ildə 375 obyekt çoxdur), yəni 66%, cari ildə Azərenerji ASC üzrə isə nəzərdə tutulan 1055-dən 645 məskunlaşma obyektləri, yəni 61% məskunlaşma obyektləri sərbəstləşdirilmişdir. 2003-cü ildə heç bir obyekt sərbəstləşdirilməmişdir (fərq-645). 

 

«Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı və respublikanın digər rayon və şəhərlərində fərdi və kompakt məskunlaşma obyektlərində nəzərdə tutulan 47621 sayğacdan 47621 (100%) qaz sayğacları quraşdırılaraq sayğaclaşma işi başa çatdırılmışdır. 2003-cü ildə  1500 (2008-ci ilə nisbətən  46121 sayğac az), yəni 3% sayğac quraşdırılmışdır. 

 

Komitə tərəfindən müxtəlif rayonlar üzrə 118 məskunlaşma obyektlərinə 68 ədəd müxtəlif markalı güc transformatorları, 71 ədəd su nasosları, 2500 metr kabel, 80000 metr elektrik naqili verilmiş və quraşdırılmışdır.

 

Dövlət büdcəsindən 2008-ci il üzrə təsdiqlənmiş 66,7 milyon manat vəsait hesabına  məcburi köçkünlərə bankomat vasitəsi ilə yemək xərci üçün müavinət verilmişdir.

 

2003-cü illə müqayisədə Dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə verilən  yemək xərci üçün  müavinətin məbləği 2,7 dəfə artırılaraq  2008-ci ilin setyabrından  adambaşına 13,5 manata çatdırılmışdır.

 

Qazla təmin olunmayan 51 şəhər və rayonda 87 min məcburi köçkün ailəsinin hər biri payız-qış mövsümündə ayda 40 litr ağ neftlə təmin olunmuşdur.

 

Vaxtilə büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış və işlə təmin olunmamış 14 min nəfər məcburi köçkünə orta aylıq əməkhaqqının ödənilməsi davam etdirilmişdir.

 

270 min nəfər məcburi köçkün (195 min nəfər büdcə vəsaiti hesabına, 75 min nəfər isə BMT-nin «Ümumdünya Ərzaq Proqramı» təşkilatının xətti ilə) aylıq ərzaqla təmin edilmişdir. BMT-nin «Ümumdünya Ərzaq Proqramı» təşkilatının Azərbaycanda ərzaq yardımı  üzrə proqramı  2008-ci il 01 iyul tarixdən başa çatdığı üçün bundan sonrakı dövrdə məcburi köçkünlərə aylıq ərzaq yardımı Azərbaycan Hökuməti tərəfindən həyata keçirilir.

 

Komitə üzrə 31 rayon (şəhər) icra hakimiyətlərinə 628 min manat məbləğində, qaçqın və məcburi köçkünlərdən daxil olmuş müraciətlər əsasında 787 ailəyə 18 min manat, cəmi 646 min manat məbləğində humanitar yardım verilmişdir.

 

Qurban bayramı münasibətilə 7460 ailəyə İslam İnkişaf Bankının xətti ilə 37,3 ton ət payı kimi verilmişdir.

 

Yanğın hadisəsi ilə bağlı 5 ailəyə 2400 manat məbləğində maddi yardım göstərilmişdir.

 

Nazirlik, komitə, şirkət, konsern və səhmdar cəmiyyətləri tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə 2 milyon manat həcmində müxtəlif yardımlar göstərilmişdir.

 

Ölkəmizdəki 72 beynəlxalq humanitar və bu sahədəki  inkişaf təşkilatları tərəfindən 30 milyon ABŞ dolları həcmində müxtəlif layihələr həyata keçirilmişdir.

 

Komitənin nəzdində olan Aqrar Sənaye və Aqrar Fermer Təsərrüfatları tərəfindən 2008-ci ilin məhsulu üçün 218 hektar sahədə taxıl əkilmiş və həmin sahədən 150 ton taxıl yığılmışdır. 9 sənaye, AS və AFT-da 783 min manatlıq sənaye malı istehsal edilmişdir. 2008-ci ildə  2003-cü ilə (686,2 min manatlıq məhsul istehsal olunmuşdur)  nisbətən  96,8 min manatlıq artıq sənaye malı istehsal olunmuşdur.

 

Dünya Bankının kredit sazişi («Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi») üzrə 61 müxtəlif növ icma mikrolayihəsi (mikrolayihələrin ümumi dəyəri 3781,3 min ABŞ dolları təşkil etmişdir) həyata keçirilmişdir. Mikrolayihələrdən 45 minə yaxın məcburi köçkün faydalanmışdır.

 

MKSİF tərəfindən Azərbaycanın müxtəlif rayonlarında daha 8 mikrolayihənin icrası başa çatmaq üzrədir. (mikrolayihələrin dəyəri 708 min ABŞ dolları təşkil edir). Bu mikrolayihələrdən 3 mindən artıq məcburi köçkün faydalanacaqdır.

 

Dünya Bankının Direktorlar Şurası 15 mln. ABŞ dolları həcmində yeni kredit sazişini təsdiq etmişdir. Bununla bağlı Azərbaycan tərəfinin payı (ƏDV nəzərə alınmaqla) 9,19 mln ABŞ dolları nəzərdə tutulur. Beləliklə, yeni layihənin ümumi həcmi 24,19 mln. ABŞ dolları təşkil edəcəkdir. Bu layihənin icrasına 01 yanvar 2009-ci ildən başlanacaqdır və 2011-ci ilin sonunda başa çatacaqdır.

 

Hesabat müddətində Yaponiya Sosial İnkişaf Fondunun qrantı hesabına maliyyələşdirilən «Məcburi Köçkün Gənclərin Dəstəklənməsi Layihəsinin» icrasına başlamaq üçün tender əsasında 4 vasitəçi təşkilat cəlb edilmişdir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri tərəfindən xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar və inkişaf təşkilatlarının nümayəndələri ilə 180-dan çox görüş keçirilmişdir.

 

8913 şəxsə, o cümlədən 126 şəxsə qaçqın, 18787 şəxsə məcburi köçkün statusu və bu barədə müvafiq vəsiqə verilmişdir. 2003-cü illə (10658 şəxsə, o cümlədən 1765 şəxsə qaçqın, 8893 şəxsə isə məcburi köçkün statusu verilmişdir) müqayisədə 1,7 dəfə çox status və bu barədə müvafiq vəsiqə verilmişdir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatına qaçqın, məcburi köçkünlərdən və müxtəlif təşkilatlardan  daxil olmuş 39736 yazılı və şifahi müraciətə baxılmış, müraciətlərin 98,4 % icra olunub, 67,2%-i müsbət həll edilmişdir.

 

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 1 fərman, 1 Sərəncam, Nazirlər Kabineti  tərəfindən 7 qərar və   sərəncam qəbul edilmişdir.

 

2004-2008-ci illər ərzində görülən işlər:

 

Son 5 ildə Xalqımızın ümumilli lideri Heydər Əliyev tərəfindən ölkəmizin bir nömrəli problemi hesab edilən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olmuş, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

 

Ölkəmizdə mövcud  olan çadır düşərgələrinin ləğvi ideyası Ulu öndər Heydər  Əliyevə məxsus idi. İlk dəfə Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi də məhz onun göstərişi ilə 2003-cü ilin iyun ayında ləğv edilmiş və 3781 ailə 17014 nəfər məcburi köçkün yeni müasir qəsəbələrə köçürülmüşdü.

 

Son 5 ildə də qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli prioritet məsələlərdən biri olmuşdur.

 

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə son 5 ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 18 fərman və sərəncam imzalanmış, onların icrası ilə əlaqədar Nazirlər Kabinetinin 64 qərar və sərəncamı və Milli Məclis tərəfindən bir qanun qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı» və 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş « Əlavələr» təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Ermənistan Respublikasının Prezidenti ilə 10, ATƏT-in həmsədrləri ilə 29, xarici ölkələrə 99 səfəri zamanı müxtəlif ölkələrin dövlət rəhbərləri ilə çoxsaylı görüşlər keçirmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" uğurla icra edilir və demək olar ki, artıq başa çatmaq üzrədir.

 

Son 5 ildə məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması məqsədilə 486 milyon manat həcmində vəsait (Dövlət Neft Fondundan 466 mln. manat, qrant, güzəştli kredit vəsaiti 17,5 mln. manat və investisiya vəsaiti 2,7 mln. manat) sərf edilmişdir.

 

O cümlədən 2008-ci ildə bu məqsədlə 146,8 milyon manat həcmində vəsait (Dövlət Neft Fondundan 145 mln. manat və investisiya vəsaiti 1,8 mln. manat) ayrılmışdır.

 

Son 5 ildə 10401 ailə 47 min nəfər məcburi köçkün üçün 36 qəsəbə salınmışdır. 534 min kvadrat metr yaşayış sahəsinə malik həmin qəsəbələrdə həmçinin 34 məktəb, 4 musiqi məktəbi, 18 uşaq bağçası, 26 tibb müəssisəsi, 21 rabitə evi, 22 klub – icma mərkəzi, 29 inzibati bina, 5 yanğın postu tikilib istifadəyə verilmiş, 366 kilometr yol, 438 kilometr su xətti, 583 kilometr elektrik hava xətti çəkilmiş, 141 ədəd artezian quyusu qazılmış, müxtəlif həcmə malik 48 su anbarı, 20 nasos stansiyası inşa edilmiş, 349 transformator quraşdırılmış, 2650 hektar sahədə minadan təmizləmə işləri aparılmışdır.

 

Saatlı və Sabirabad rayonlarındakı son 3 çadır düşərgəsinin ləğvi 2007-ci ilin dekabrında təmin edilmiş, beləliklə, ölkəmizdə mövcud olan 12 çadır düşərgəsinin ləğvi başa çatdırılmış və ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı vaxtından bir il əvvəl yerinə yetirilmişdir.

 

Respublikamızda qalan 7 çadır düşərgəsi (Bərdə rayonunda 3, Ağcabədi rayonunda 1, Saatlı və Sabirabad rayonlarında 3 çadır düşərgəsi) ləğv edilmiş, həmin düşərgələrdə, həmçinin Bərdə və İmişli rayonları ərazisindəki dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti məskunlaşmış 8039 ailə 35 min nəfər məcburi köçkün üçün Ağdam, Ağcabədi, Biləsuvar, Sabirabad və Füzuli rayonlarının ərazisində 408 min kvadrat metr sahəyə malik 26 qəsəbə salınmış, həmçinin 27 məktəb, 3 musiqi məktəbi, 16 uşaq bağçası, 22 tibb müəssisəsi, 18 rabitə evi, 19 klub – icma mərkəzi tikilib istifadəyə verilmiş, 283 kilometr yol, 328 kilometr su xətti, 438 kilometr elektrik hava xətti çəkilmiş və məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi təmin edilmişdir.

 

Beyləqan rayonu ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün  500 ailəlik yeni qəsəbənin tikintisi başa çatmış, məcburi köçkün ailələri qəsəbədə olan evlərə köçürülmüşlər.

 

Goranboy rayonu ərazisində Xocalı rayonundan olan məcburi köçkünlər üçün 500 ailəlik 4 yeni qəsəbədən  Aşağı Ağcakənd qəsəbəsində – 150 ailəlik,  Börü qəsəbəsində – 130 ailəlik, Meşəli qəsəbəsində – 100 ailəlik qəsəbələrin tikintisi başa çatmış, hazırda məcburi köçkün ailələri qəsəbələrdə olan evlərə köçürülürlər. Yuxarı Ağcakənd qəsəbəsində – 120 ailəlik qəsəbənin  tikintisi  davam edir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə qaçqın və məcburi köçkün problemi ilə bağlı 1 beynəlxalq konfrans, 2 geniş müşavirə keçirilib.

 

Son 5 ildə məcburi köçkünlərlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 görüşü keçirilib:

 

2003-cü il oktyabrın 1-də Prezident seçkiləri ərəfəsində seçicilərlə ilk görüşünü məhz Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə keçirmişdi.

 

2004-cü il fevralın 17-də beynəlxalq humanitar təşkilatların 10 illik fəaliyyətinə həsr olunmuş konfransda çıxış etmiş, qaçqın və məcburi köçkünlərin probleminin ölkədə prioritet məsələ olduğunu bir daha vurğulamış, aidiyyəti dövlət orqanlarına konkret tapşırıqlar vermişdir.

 

2004-cü il iyunun 8-də Mingəçevir şəhərində 412 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbənin açılış mərasimində iştirak və çıxış etmişdir.

 

2004-cü il sentyabr ayının 11-də Bərdə rayonuna səfəri zamanı həmin rayonun ərazisindəki çadır düşərgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.

 

2005-ci il iyunun 21-də Azərbaycan Respublikası Prezidentinin yanında qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr olunmuş müşavirə keçirilmişdir. Həmin müşavirədə verilmiş tapşırığa əsasən qaçqın və məcburi köçkünlər taxılyığan kombaynlarla təmin edilmiş, ilkin mərhələdə 67 yataqxanada təmir-bərpa işləri aparılmış, Füzuli rayonunun Haramı düzündə Yuxarı Mil kanalının 4,2 kilometrlik, Qarqarçay Laçın Qışlaqları Kanalının 8,1 kilometrlik hissəsinin tikintisi başa çatdırılmışdır.

 

2006-cı il martın 1-də Ağdam rayonuna səfər zamanı orada məcburi köçkünlər üçün salınmış «Bənövşələr» qəsəbəsinin açılışında iştirak etmiş, həmçinin Quzanlı Olimpiya İdman Kompleksinin təməlini qoymuşdur. 2008-ci il yanvarın 17-də Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonuna səfəri zamanı həmin Kompleksin açılış mərasimi keçirilmişdir.

 

2007-ci il mayın 4-də Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış qəsəbənin açılış mərasimindəki iştirak və çıxış etmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci il aprelin 18-də Füzuli rayonunun Horadiz şəhərində olmuş, Heydər Əliyev Muzeyinin açılışında iştirak etmiş, muzeyə baxış keçirmiş , xalqımızın Ümumilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, «Zobucuq» adlanan ərazidə məcburi köçkünlər üçün yeni salınmış 2-ci qəsəbədəki orta məktəbin açılışında iştirak etmiş, məcburi köçkünlərlə görüşmüş, onlar qarşısında çıxış etmiş, həmçinin Horadiz – Bakı yolunun kənarında, Böyük Bəhmənli kəndinin yaxınlığında Tibb Mərkəzinin və Bala Bəhmənli kəndinin yaxınlığında Su Elektrik stansiyasının təməlqoyma mərasimlərində iştirak etmiş, Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci il aprelin 18-də Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün 2007-ci ildə yeni salınmış 5 qəsəbədə olmuş, Heydər Əliyev parkına baxış keçirmiş, xalqımızın ümumilli lideri Heydər Əliyevin büstünü ziyarət etmiş, parka toplaşmış məcburi köçkün ağsaqqallarla görüşmüş, həmçinin məktəblə tanış olmuş, onun qarşısında məcburi köçkünlərlə görüşmüşdür.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 26 avqust tarixli Sərəncamı ilə məcburi köçkünlərlə yemək xərci üçün verilən aylıq müavinətin həcmi 50 faiz artırılmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Beyləqan rayonunda Xocavənd rayonundan olan 500 məcburi köçkün ailəsi üçün salınmış qəsəbənin 2008-ci il oktyabrın 4-də keçirilmiş açılış mərasimində iştirak etmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci il oktyabrın 4-də Ağdam və Füzuli rayonlarında da olaraq məcburi köçkünlərlə və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

 

Respublika üzrə 2008-ci ilə kimi 140 min nəfər məcburi köçkün büdcə vəsaiti hesabına aylıq ərzaqla təmin edilmişdir. BMT-nin «Ümumdünya Ərzaq Proqramı» təşkilatının Azərbaycanda ərzaq  yardımı  üzrə proqramı  2008-ci il 01 iyul tarixdən başa çatdığı üçün həmin təşkilatın xətti ilə faydalanan 130 min nəfərin aylıq ərzaqla təminatını da dövlət öz üzərinə götürmüşdür. Beləliklə, hazırda büdcə vəsaiti hesabına aylıq ərzaqla təmin olunan məcburi köçkünlərin sayı 270 min nəfər təşkil edir.

 

Dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə yemək xərci üçün ödənilən  müavinətin məbləği 2003-cü illə müayisədə 2,7 dəfə artırılaraq 2005-ci il yanvarın 1-dən 6 manata, 2007-ci il yanvarın 1-dən 9 manata, 2008-ci ilin sentyabrından isə adambaşına 13,5 manata çatdırılmışdır. Həmin müavinəti məcburi köçkünlər bankomatlar vasitəsi ilə özləri alırlar.

 

Qazla təmin olunmayan 51 şəhər və rayonda 87 min məcburi köçkün ailəsinin hər biri 2005-ci ilədək qış mövsümündə ayda 30 litr ağ neftlə təmin olunurdu. 2005-ci ildən etibarən bu yardım 40 litr təşkil edir.

 

«Bakıelektrikşəbəkə», «Sumqayıtelektrikşəbəkə» ASC tərəfindən nəzərdə tutulmuş 3800 fərdi evlərdə və 570 kompakt yaşayış yerlərində elektrik sayğaclarının quraşdırılması işi tam 100% başa çatdırılmışdır. Azərenerji ASC  tərəfindən isə nəzərdə tutulan ümumi 44.200 sayğacdan fərdi evlərdə 17800, 1180 kompakt məskunlaşma obyektlərində isə 680 sayğac quraşdırılmışdır. Azərenerji ASC tərəfindən ümumilikdə cəmi 42% sayğac quraşdırılmışdır.

 

Kompakt məskunlaşma obyektlərinin elektrik təchizatlarının sərbəstləşdirilməsi sahəsində- «Bakıelektrikşəbəkə», «Sumqayıtelektrikşəbəkə» ASC üzrə nəzərdə tutulan 570 obyektdən 558, yəni 98%, «Regional Enerci Təchizat» MMC-ləri üzrə isə nəzərdə tutulan 1055-dən 645, yəni 61% məskunlaşma obyektləri sərbəstləşdirilmişdir.

 

«Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bakı və Respublikanın digər rayon və şəhərlərində fərdi və kompakt məskunlaşma obyektlərində nəzərdə tutulan 47.194 sayğacdan 47.194 (100%) qaz sayğacları quraşdırılaraq nəzərdə tutulan sayğaclaşma işi tam başa çatdırılmışdır.

 

Komitə tərəfindən müxtəlif rayonlar üzrə 575 məskunlaşma obyektlərinə 322 ədəd müxtəlif markalı güc transformatorları, 371 ədəd su nasosları, 15.500 metr kabel, 337500 metr elektrik naqili verilmiş və quraşdırılaraq istismara verilmişdir.

 

Komitə tərəfindən qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 156 obyektdə 1682 min. manat həcmində cari, 67 obyektdə isə 1580 min manat həcmində əsaslı təmir işi aparılmışdır. 3,2 mln. manat məbləğində Dövlət İnvestisiya vəsaiti hesabına 175 ev tikilmişdir.

 

113.433 şəxsə, o cümlədən 4907 şəxsə qaçqın, 108.526 şəxsə məcburi köçkün statusu və bu barədə müvafiq vəsiqə verilmişdir.

 

Əvvəllər büdcədən maliyyələşdirilən müəssisələrdə çalışmış və işlə təmin olunmamış 14 min nəfərdən çox məcburi köçkünə orta aylıq əmək haqqının ödənilməsi 2008-ci ilin sonuna kimi davam etdirilmişdir.

 

Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər dövlət büdcəsindən ayrılmış vəsait hesabına faktiki istehlaka görə xidmət təşkilatlarına mərkəzləşmiş qaydada vaxtlı-vaxtında ödənilir.

 

Son 5 ildə Respublikanın nazirlik, komitə, şirkət, konsern və səhmdar cəmiyyətləri tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərlə 11,6 milyon manatlıq müxtəlif yardımlar göstərilmişdir ki, bunun da 2 milyon manatı 2008-ci ilin payına düşür.

 

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı dövlət tərəfindən ayrılan vəsaitin həcmi ilbəil artırılır. Son 5 ildə bu məqsədlə ümumilikdə 1.000,1 milyon manat ( o cümlədən dövlət büdcəsindən 534,1 mln. manat, Dövlət Neft Fondundan 466 milyon manat) vəsait ayrılmışdır.

 

Son 5 ildə 72647 nəfər qaçqın və məcburi köçkün işlə təmin edilmiş, 2467 nəfərə işsiz statusu verilmiş, 1116 nəfər peşə hazırlığı kurslarına, 1012 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.

 

2004-2008-ci illər ərzində Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilən mikrokredit proqramları çərçivəsində  6 min nəfər məcburi köçkünə mikrokreditlər verilərək kiçik bizneslərinin başlanmasına və yaxud genişlənməsinə şərait yaradılmışdır.

 

2004-2008-ci illər ərzində Dünya Bankının maliyyə dəstəyi vasitəsilə (ümumi məbləği 12,7 milyon ABŞ dolları) 220 mikrolayihə icra olunmuş və  mikrolayihələrdən 142,9 min nəfər məcburi köçkün faydalanmışdır. Bu   illərdə mikrolayihələrdən 2003-cü ilə nisbətən (2003-cü ilin sonunadək 132 mikrolayihə həyata keçirilərək ( mikrolayihələrin icrası üçün 4,43 milyon ABŞ dolları məbləğində vəsait istifadə olunmuşdur) bunlardan 131,6 min məcburi köçkün faydalanmışdır), 10,4 min nəfər məcburi köçkün (8,5%) artıq faydalanmışdır.

 

5 il ərzində Komitəyə 244916, o cümlədən 189518 yazılı və 55398 şifahi müraciət daxil olmuşdur. O cümlədən, şəhər (rayon)  icra hakimiyyətlərindən, müxtəlif nazirlik və təşkilatlardan 22112 məktub, vətəndaşlardan 167406 ərizə daxil olmuş və onların 99%-nin icrası təmin olunmuşdur. Daxil olan müraciətlərin 75 %-i müsbət həllini tapmış, qalanlarına isə qanunvericiliyə uyğun olaraq cavab verilmişdir. Həmçinin Komitə tərəfindən qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə əlaqədar müxtəlif ünvanlara 32690 sayda məktub göndərilmişdir. Komitə sədrinin qəbulunda 1051  (o cümlədən 33 kollektiv) məcburi köçkün olmuş, qəbul otağına müraciət etmiş 95011 nəfər Komitənin aidiyyəti məsul işçiləri tərəfindən qəbul edilərək, onlara müvafiq izahatlar verilmişdir.  

 

Hal-hazırda Azərbaycanda 115 təşkilat – 60 beynəlxalq, 40 yerli humanitar və onlar tərəfindən təsis edilmiş 15 qeyri-bank kredit təşkilatı fəaliyyət göstərir. Bu təşkilatların fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilir və təşkilatların özləri tərəfindən son 5 ildə qaçqınların, məcburi köçkünlərin və aztəminatlı əhalinin sosial problemlərinin həlli ilə bağlı 158 milyon manat həcmində müxtəlif layihələr həyata keçirilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi qərarlar nəticəsində beynəlxalq humanitar və bu sahədəki inkişaf təşkilatlarının tam sərbəst, səmərəli və şəffaf fəaliyyəti üçün bütün lazımi şərait yaradılmışdır.

 

Lakin məcburi köçkünlərin böyük bir hissəsi hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır, təhsil, səhiyyə, məşğulluq və başqa problemlərlə üzləşirlər.

 

Bu sahədə mövcud problemlər 2007-ci il sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilmiş müşavirədə geniş müzakirə olunmuş və ölkə Prezidentinin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələr təsdiq edilmişdir.

 

Həmin əlavələrə uyğun olaraq cari ildən başlayaraq istismar müddəti başa çatmış 15 fin tipli qəsəbədə, ayrı-ayrı şəhər və rayonlardakı məktəblərdə, Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda və digər yerlərdə müvəqqəti məskunlaşmış, çətin şəraitdə yaşayan 20 min ailə – 89 min nəfər məcburi köçkünün yeni qəsəbələr salınmaqla və ya yaşayış evləri tikilməklə mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həmçinin onların məşğulluğunun təmin edilməsi ilə bağlı konkret tədbirlər həyata keçiriləcəkdir.

 

Ümumiyyətlə, həyata keçiriləcək bu tədbirlər nəticəsində 49 min ailə 220 min nəfər məcburi köçkünün mənzil-kommunal şəraiti yaxşılaşdırılacaqdır.