"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
İran İslam Respublikası
Çap et

İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti

 

İran İslam Respublikası Hökuməti tərəfindən  Qızıl Aypara  Cəmiyyətinin xətti ilə 1993-cü ildən Azərbaycanda müxtəlif humanitar layihələr həyata keçirilir. 

 

Təşkilat tərəfindən 1993-cü ildə Biləsuvar, Saatlı və Sabirabad rayonları ərazisində məcburi köçkünlər üçün 7 çadır düşərgəsi salınmış, 8.684 çadır quraşdırılaraq 46.471 məcburi köçkün müvəqqəti məskunlaşdırılmışdır.

 

2001-ci ilin avqust ayında İran İslam Resublikasının Qızıl Aypara  Cəmiyyətinin xətti ilə respublikamıza əlavə 100 ədəd çadır, 1000 ədəd adyal, 10 ton düyü, 10 ton lobya, 10 ton şəkər, 5 ton yağ, 20 min ədəd sabundan ibarət humanitar yardım gətirilərək Sabirabad rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərə paylanılmışdır. 

 

2004-cü ildən Cəmiyyət tərəfindən Bakıda təşkil olunmuş klinikada qaçqınlara, məcburi köçkünlərə və aztəminatlı əhaliyə (il ərzində təxminən 12-13 min nəfər ) pulsuz tibbi xidmət göstərilir.

 

İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin klinikası tərəfindən qaçqınlara, məcburi köçkünlərə və aztəminatlı əhaliyə göstərilən tibbi xidmətlərə (2004-2016-cı illərdə) təxminən 5 mln ABŞ dollarına yaxin vəsait sərf olunmuşdur.

 

2002-ci il 23-28 dekabr tarixlərində İmdad Komitəsinin sabiq sədri cənab Seyyid Rza Nəyirinin dəvəti ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin rəhbərliyi ilə nümayəndə heyəti İran İslam Respublikasında rəsmi səfərdə olmuşdur.

 

Səfər zamanı İran İslam Respublikası Prezidentinin 1-ci müavini cənab Doktor Məhəmməd Rza Arif, Xarici İşlər naziri cənab Doktor Kamal Xərrazi, İslam Şurası Məclisinin sədri cənab Höccətil-İslam Mehdi Kərrubi, İran-Azərbaycan Müştərək Komissiyasının sədri, Kooperasiya naziri cənab Əli Süfi, İran İslam Respublikasının "İmam Xomeyni İmdad Komitəsi"nin rəhbəri cənab Seyyid Rza Nəyiri, İran İslam Respublikası Ali Dini Rəhbərinin "İmam Xomeyni İmdad Komitəsi"ndəki nümayəndəsi cənab Hacı Ağaye Əsgərovladi, İslam Hökuməti Quruluşunun Məsləhət Şurasının sədri cənab Haşemi Rəfsəncani və digər rəsmi şəxslərlə səmərəli görüşlər keçirilmişdir.

 

Yekunda Azərbaycan Respublikasının Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə İran İslam Respublikasının "İmam Xomeyni İmdad Komitəsi" beynəlxalq humanitar təşkilatı arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanmışdır

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikası arasında keçirilən görüşlər:

 

2010-cu ilin dekabrın 24-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının (İİR) səhiyyə nazirinin müşaviri, Respublika Sağlamlıq Xeyriyyə Birliyinin baş katibi Seyyid Rza Nəyyiri 2010-cu ilin dekabrın 24-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşmüşdür.Daha sonra Seyyid Rza Nəyyiri Bakının Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində inşa olunmuş doqquzmərtəbəli yaşayış binaları kompleksində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb;

 

2012-ci ilin iyulun 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İran İslam Respublikasının ölkəmizdəki səfiri Məhəmmədbağır Bəhrami ilə görüşüb;

 

2014-cü ilin fevralın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İran İslam Respublikasının “İmam Xomeyni İmdad Komitəsi” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin başa çatması ilə əlaqədar həmin təşkilatın nümayəndələri ilə görüşüb;

 

2014-cü ilin aprelin 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İran İslam Respublikasının səhiyyə nazirinin xüsusi nümayəndəsi, Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmmədhüseyn Sominin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb;

 

2014 noyabrın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Seyed Bahman Sobhanini və fəaliyyət müddəti başa çatmış sabiq rəhbər Məhəmməd Reza Neqqaşini qəbul edib;

 

2014-cü ilin noyabrın 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Möhsün Pakayini qəbul edib;

 

2014-cü ilin noyabrın 24-də İran İslam Respublikasında səfərdə olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İmam Xomeyni İmdad Komitəsinin sədri Hüseyn Ənvəri ilə görüşüb;

 

2014-cü ilin noyabrın 23-27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah naziri Əli Rəbiinin dəvəti əsasında İran İslam Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər müddətində İmam Xomeyni İmdad Komitəsinin sədri Hüseyn  Ənvəri, Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii, İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin baş direktoru Mirəhməd Musəvi,  İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi, İran İslam Respublikasının birinci vitse-prezidenti İshaq Cahangiri ilə görüş keçirilib;

 

2014-cü ilin dekabrın 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul eib;

 

2015-ci ilin aprel ayinda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ölkəmizdə rəsmi səfərdə olan İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb;

 

2016-cı ilin noyabrın 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadəni qəbul edib;

 

2017-ci ilin yanvarın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb;

 

2017-ci ilin mayın 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin Prezidentinin müavini Həsən Səffariyənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.