Bu layihənin Əməliyyat Təlimatı (ƏT) məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması layihəsini (MKHŞYL) həyata keçirmək məqsədi ilə Azərbaycan Hökumətinə (AH) verilən Dövlət və Sülh Quruculuğu Fondunun Qrantından istifadə üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra QMİDK), layihənin sahə heyəti və icmalar tərəfindən riayət olunacaq qayda və prosedurları müəyyən edir.
Bu təlimatın əsas məqsədi maraqlı tərəflərə layihə dövrünün istənilən mərhələsində onların vəzifəsi ilə bağlı bir sıra qaydaların təqdim edilməsindən ibarətdir. Bu qaydalara riayət olunması Dünya Bankı tərəfindən təmin edilən vəsaitləri şəffaf və hesabatlı şəkildə əlaqələndirməyə və istifadə etməyə imkan verəcək, eyni zamanda layihənin məqsədlərinə çatmaq üçün yüksək dərəcədə səmərəliliyi və effektivliyi qoruyacaqdır.
Təlimatda layihənin icrası ilə bağlı ölkədəki vəziyyətin qısa təsviri, layihənin məqsəd və komponentləri, əhatə dairəsi və hədəfi, layihə dövrü, vəsaitlərin hərəkəti mexanizmləri, satınalma qaydaları, eləcə də monitorinq və qiymətləndirmə mexanizmləri yer alır.
ƏT əldə edilmiş təcrübəni nəzərə almaqla layihənin icrası zamanı nəzərdən keçiriləcək və yenilənəcək olan işlənib hazırlanmaqda olan sənəddir. ƏT-nin dizaynı və bu layihəyə olan ehtiyac iki sənədin tövsiyə və nəticələrinə əsaslanır. Birinci sənəd 2022-ci ildə həyata keçirilmiş Məcburi köçkünlərin gəlir imkanlarıni dəstəkləmək üçün təcrübələrin və ehtiyacların qiymətləndirilməsi çərçivəsində analitik iş vasitəsilə müəyyən edilmiş tövsiyələr və imkanlardan ibarətdir. İkinci sənəd MK-lər üçün nəzərdə tutulmuş məşğulluq və həyat şəraitinin yaxşılaşdırılması proqramları haqqında məlumatlandırmaq məqsədi ilə MK-lərin demoqrafik, sosial və iqtisadi vəziyyəti, ehtiyacları və gəlir əldə etmək imkanları və bacarıqları ilə bağlı istəkləri haqqında məlumatların toplandığı 2022-ci ilin iyun-iyul aylarında həyata keçirilmiş ilkin ehtiyacların qiymətləndirilməsi sorğusundan ibarətdir. Bu yaxınlarda həyata keçirilmiş 2011-2019-cu illərdə MK-lərin yaşayış şəraiti və gəlir imkanları layihəsinin (“YŞGL Layihəsi”) təsiri ilə bağlı əsaslı sübutlar irəli sürülmüş arqumentləri dəstəkləyir.