"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Koreya Respublikası
Çap et

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi

 

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) yaradılmasının əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə qrant yardımı və texniki əməkdaşlıq proqramları həyata keçirməklə Koreyanın qrant yardımı proqramlarının rolunun artmasına nail olmaqdır. Təşkilat 1991-ci ildə təsis olunmuş və baş ofisi Cənubi Koreyanın Seul şəhərində yerləşir. 2017-ci ilin noyabr ayının 28-dən etibarən Le Mikyunnq KOICA-ya rəhbərlik edir. Təşkilatın 44 tərəfdaş ölkədə nümayəndəlikləri mövcuddur. Əsas fəaliyyət sahələri təhsil, səhiyyə, dövlət idarəetməsi, kənd təsərrüfatı və balıqçılıq, sənaye və enerjidir.

 

Ölkəmizin KOICA ilə əməkdaşlığı 1994-cü ildə başlamışdır. Belə ki, həmin il təxirəsalınmaz vəziyyətlə əlaqədar təşkilat Azərbaycana yardım etmişdir. KOICA-nın Azərbaycan Nümayəndəliyi 2009-cu ilin fevral ayında açılmışdır.

 

KOİCA proqramının Azərbaycanda tarixi 1994-cü ildə təşkilatın Azərbaycana təxirəsalınmaz vəziyyətlə əlaqədar 50 000 ABŞ dolları məbləğində yardım etməsi ilə başlayıb və 1996-cı ildən 2005-ci ilə qədər KOİCA 65 nəfər üçün təlim proqramları (300 000 ABŞ dolları dəyərində) təşkil edib. KOİCA-nın 2011 -ci ildə Azərbaycan proqramlarına ayırdığı maliyyə təxminən 10 milyon ABŞ dolları olub.

 

Ölkə üzrə rezident nümayəndə xanım Park Kumokdur. Hazırda KOICA tərəfindən 2 layihənin icrası davam etdirilməkdədir.

 

KOICA tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:

 

1

“Kəhriz su təchizatı sisteminin yenidən qurulması ilə Azərbaycanda məcburi köçkün icmalarına inteqrasiya edilmiş kənd inkişafı” layihəsi

Benefisiar: Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

Müddəti: 2018-2022

2

Müəllimlərin potensialının artırılması və Azərbaycan Təhsil Nazirliyi üçün Təhsil informasiya Sisteminin yaradılması texniki yardım (qrant) layihəsi

Benefisiar: Təhsil Nazirliyi

Müddəti: 2017-2019

 

“Kəhriz su təchizatı sisteminin yenidən qurulması ilə Azərbaycanda məcburi köçkün icmalarına inteqrasiya edilmiş kənd inkişafı”layihəsi

 

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə “Kəhriz su təchizatı sisteminin yenidən qurulması ilə Azərbaycanda məcburi köçkün icmalarına inteqrasiya edilmiş kənd inkişafı”  layihəsi ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır. BMqT-nin bu sahədəki müvəffəqiyyətli keçmiş təcrübəsi və xüsusi səriştəsinə əsaslanan bu layihə  kəhrizlərin bərpası ilə məhdudlaşmır. Layihə eyni zamanda Azərbaycan Hökumətinə kəhrizlərin bərpası ilə əlaqədar baş planın hazırlanmasına töhfə verəcək; yerlərdə kəhriz mühəndisləri və kankanların potensialını gücləndirəcək; mikro və kiçik sahibkarlığın yaradılmasına yardım vasitəsilə məcburi köçkünlərin, xüsusilə də qadınların kiçik sahibkarlıq fəaliyyətinə dəstək verəcək. 2018-ci il 29 oktyabr tarixdə keçirilmiş layihənin açılış mərasimində Komitənin sədr müavini Fuad Hüseynov iştirak və çıxış etmişdir.

 

2020-ci ilin aprel 27-də məcburi köçkünlər arasında COVID-19 virusunun yayılmasının mənfi sosial-iqtisadi təsirini azaltmaq üçün onların gigiyenik və tibbi ləvazimatlar və gündəlik tələbat malları ilə təchiz edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi arasında Memorandum imzalanıb. Anlaşma Memorandumuna əsasən, KOICA-nın maliyyə dəstəyi ilə Bakı şəhərində məskunlaşmış bir qisim məcburi köçkünlərə - yaşı 65-dən yuxarı olan ahıl, tənha şəxslər və şəhid ailələrinə müxtəlif ərzaq və tibbi məhsullardan ibarət 300 ədəd bağlama paylanılmışdır.

 

Azərbaycanda KOICA Məzunlar Assosiasiyası (KOAZ)

 

Azərbaycanda KOICA Məzunlar Assosiasiyası (KOAZ) KOICA-nın təlim iştirakçıları tərəfindən təsis edilmişdir. KOAZ Koreya və Azərbaycan arasındakı əlaqələri təşviq etmək, KOICA təlimindən əldə edilmiş bilik vasitəsilə Azərbaycanın sosial və iqtisadi inkişafına töhfə vermək və KOICA təlim iştirakçıları arasında dostluğun inkişaf etdirmək üçün təşkil olunmuşdur və təsis məqsədinə uyğun olan fəaliyyəti həyata keçirir.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə KOICA  arasında keçirilən görüşlər:

 

2017-ci il fevralın 21-də Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Choi Yonjaenlə görüşmüşdür:

 

2017-ci il mayın 19-da Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Choi Yonjaenlə görüşmüşdür:

 

2017 –ci il iyunun 7-də Dövlət Komitəsində Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Choi Yonjaenlə görüşmüşdür:

 

2018-ci i iyunun 29-da Dövlət Komitəsinin sədri Rövşən Rzayev Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan nümayəndəliyinin rəhbəri Park Kumokla görüşüb:

 

2020-ci ilin aprel 27-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan nümayəndəliyinin rəhbəri Park Kumokla görüşüb. Məcburi köçkünlər arasında COVID-19 virusunun yayılmasının mənfi sosial-iqtisadi təsirini azaltmaq üçün onların gigiyenik və tibbi ləvazimatlar və gündəlik tələbat malları ilə təchiz edilməsini təmin etmək məqsədilə Dövlət Komitəsinin sədri və  (KOICA)  arasında Memorandum imzalanıb.;

 

2020-ci ilin dekabrın 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Koreya Respublikasının ölkəmizdəki səfirliyinin rəsmisi xanım Ji Youn Woo ilə görüşüb.Görüşdə səfirlik tərəfindən işğaldan azad olunmuş ərazilərdə icra oluna biləcək humanitar yardım layihələri müzakirə edilib.