"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Almaniya Federativ Respublikası
Çap et

Almaniya Beynəlxalq və Əməkdaşlıq Cəmiyyəti (GİZ)

 

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi ilə Almaniya Beynəlxalq və Əməkdaşlıq Cəmiyyəti (GIZ) Gürcüstan və Azərbaycan Respublikasında məcburi köçkünlərin iqtisadi sahədə iştirakını dəstəkləmək məqsədilə ümumi büdcəsi 6 (altı) milyon avro təşkil edən “Cənubi Qafqazda məskunlaşmış məcburi köçkünlərin və əhalinin aztəminatlı təbəqəsinin iqtisadiyyatda iştirakı” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi müxtəlif fəaliyyətlərin həyata keçirilməsi ilə məcburi köçkünlər üçün yeni gəlir imkanlarının yaradılmasıdır və bu fəaliyyətlər 3 komponent üzrə icra ediləcəkdir:

 

1.Məcburi köçkünlərlə bağlı fəaliyyətlərə cəlb olunmuş təşkilatların bacarıqlarının artırılması;

 

2.Məcburi köçkünlərə yeni gəlir gətirmə imkanlarının yaradılması məqsədilə fərdi dəstəyin göstərilməsi;

 

3. Bilavasitə məcburi köçkünlər tərəfindən idarə olunan və ya işçi heyəti arasında məcburi köçkünlərin üstünlük təşkil etdiyi kiçik sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsi.

 

“Cənubi Qafqazda məskunlaşmış məcburi köçkünlərin və əhalinin aztəminatlı təbəqəsinin iqtisadiyyatda iştirakı” layihəsi çərçivəsində fəaliyyətlərin planlaşdırılması ilə bağlı 19.04.2018-ci il tarixində Almaniya Beynəlxalq və Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan nümayəndəliyində MKSİF-in nümayəndələrin də cəlb olunduğu seminar keçirilmişdir.

 

Seminarda layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət istiqamətləri və əldə olunacaq nəticələri ölçmək üçün istifadə olunacaq göstəricilər sistemi müzakirə edilmiş, habelə, layihə idarəetmə şurasının tərkibi və səlahiyyətlər çərçivəsi dəqiqləşdirilmişdir.

 

Bununla yanaşı, Azərbaycan Respublikasında məcburi köçkünləri yaşayış şəraiti ilə yerində tanış olmaq məqsədilə 20-21.04.2018-ci il tarixlərində MKSİF-in nümayəndələrinin müşayiəti ilə Almaniya Beynəlxalq və Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri Mingəçevir şəhəri, “Yeni Həyat” qəsəbəsində və Yevlax rayonu, Meyvəli kəndində məskunlaşmış məcburi köçkünlərlə görüşlər keçirilmişlər.

 

Hazırda Almaniya Beynəlxalq və Əməkdaşlıq Cəmiyyəti tərəfindən seçilmiş yerli məsləhətçi təşkilat tərəfindən 4 inzibati rayonda (Ağdam, Bərdə, Oğuz rayonu və Mingəçevir şəhərində) məskunlaşmış məcburi köçkün icmalarında aparılmış qiymətləndirmənin nəticələri emal edilir və yekunda bilavasitə layihədən faydalanacaq məcburi köçkün icmaları seçiləcəkdir.

 

Layihənin icrasına dəstəyin göstərilməsi ilə bağlı Almaniya Beynəlxalq və Əməkdaşlıq Cəmiyyəti və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu arasında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulmuşdur.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Almaniya Federativ Respublikası arasında keçirilən görüşlər:

 

2010-cu ilin iyunun 7-də Avropa - Azərbaycan Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Almaniyanın “ Redaktion und Altag” informasiya agentliyinin redaktoru Tobias Asmus, “ Neue Zürcher Zeitung” qəzetinin redaktoru Daniel Veçlin,” Berliner Zeitung” qəzetinin xarici siyasət məsələləri üzrə redaktoru Damir Fras , müstəqil jurnalist Klaus Heymaç, peşəkar fotoqraf Tomas Qrabka Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb. Səfər proqramı çərçivəsində Almaniyanınn kütləvi informasiya vasitələrinin təmsilçiləri iyunun 8-9 da məcburi köçkünlərin vəziyyəti ilə tanış olmaq məqsədi ilə onların müvəqqəti məskunlaşdıqları Ağcabədi, Ağdam, Tərtər və Yevlax rayonlarına səfər ediblər;

 

2012-ci ilin iyunun 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Azərbaycanda səfərdə olan Avropa Parlamentinin və Almaniya Bundestaqının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Sonra qonaqlar Dərnəgül tələbə şəhərciyində Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında və Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində inşa olunmuş doqquzmərtəbəli yaşayış binaları kompleksində məskunlaşmış məcburi köçkünlərin həyat şəraiti ilə tanış olublar;

 

2013-cü ilin dekabrın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempellə görüşüb;

 

2015-ci ilin yanvarın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Milli Məclisdə keçiriləcək seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının üzvü Lintner Eduardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb;

 

2016-cı ilin aprelin 19-da Almaniya Bundestaqının deputatı Kristof Berqner Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub. Görüşdən sonra qonaq Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlərin yaşayış şəraiti ilə maraqlanıb. Almaniyalı deputat Abşeron rayonunun Masazır qəsəbəsindəki Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış şəhərcikdə yaradılan şəraitlə də tanış olub;

 

2016-ci ilin sentyabrın 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabla görüşüb;

 

2017-ci ilin aprelin 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini ölkəmizdə səfərdə olan Almaniyanın Berlin Humboldt Universitetində fəaliyyət göstərən Azərbaycan tarixi kafedrasının müdiri professor Eva Mariya Aux ilə görüşüb;

 

2018-ci ilin mayın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Almaniya Federativ Respublikası Bundestaqının Xarici Əlaqələr, Mədəniyyət və Mətbuat komitələrinin üzvü, CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) fraksiyasından olan deputat Nikolas Löbel ilə görüşüb;

 

2018-ci ilin iyunun 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə direktoru xanım Sonia Fontaine arasında görüş keçirilib;

 

2018-ci ilin iyulun 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Almaniyanın Berqhof Fondunun Qafqaz üzrə proqram direktoru Oliver Vollehi qəbul edib;

 

2018-ci ilin oktyabrın 18-də tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Almaniyada dərc olunan “NİTRO” jurnalının icraçı direktoru Bettina Şellonq-Lammel və jurnalın foto-redaksiyasının rəhbəri, Alman Jurnalistlər İttfaqının Berlin şöbəsinin sədri Bernd Lammel ilə görüşüb. 19 oktyabr tarixində nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşan zəngilanlı məcburi köçkünlərlə görüşləri təşkil olunub;

 

2018-ci ilin noyabrın 7-də tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Almaniya Federativ Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Mixael Kindsqrabla görüşüb.

 

2019-cu il mayın 22-də Almaniya Bundestaqının ölkəmizdə səfərdə olan Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi  ilə birlikdə Qəbələ rayonunun Zarağan bələdiyyəsi ərazisində 195 məcburi köçkün ailəsi üçün salınmış yaşayış məhəlləsində olub.

 

2019-cu il avqustun 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqlə görüşüb:

 

2019-cu ilin sentyabrın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin müdir müavini xanım Monika Lehnhardı qəbul edib.

 

2020-ci ilin fevralın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqlə görüşüb;

 

2021-ci ilin fevralın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqlə görüşüb.

 

2021-ci ilin noyabrın 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH) Azərbaycan üzrə direktoru Karin Hörhan, layihə rəhbəri Yörq Le Blank Anlaşma Memorandumu imzalayıblar. 

 

2022-ci ilin martın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Almaniyanın  Bohum Universitetinin Sülhün Tədqiqi və Beynəlxalq Humanitar Hüquq İnstitutunun professoru Hans Yoahim Hainze ilə görüş olub.

 

2022-ci ilin aprelin 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq, Almaniya Federativ Respublikasının ölkəmizdə akkreditə olunmuş iqtisadi əməkdaşlıq üzrə regional rəhbəri xanım Lidiya Kristmann və GİZ-in ölkə üzrə direktoru Karin Hörhan ilə görüşüb.

 

2022-ci ilin iyulun 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Almaniyanın Qiesen Universitetinin dosenti, türkoloq alim Mixael Reynhard Hessin “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabının təqdimatı keçirilib.

 

2022-ci ilin sentyabrın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannla görüşüb.

 

2022-ci ilin noyabrın 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH) Avropa üzrə rəhbəri Tilmann Nagellə görüşüb.