"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1140
Dövlətqaçqınkomun cari ilin ötən doqquz ayının yekunlarının müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı 08 Noyabr, 2010
Baş nazirin müavini –Dövlətqaçqınkomun sədri Əli Həsənovun sədrliyi ilə keçən kollegiya iclasının gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsi zamanı qeyd olunmuşdur ki, respublikamızın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun gündən-günə artması ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına, Azərbaycanın tərəqqisinə xidmət edir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında dövlət başçısının proqram xarakterli çıxışından irəli gələn vəzifələr barədə ətraflı söhbət açılan kollegiya iclasında kollektiv tərəfindən ötən müddət ərzində görülən işlərə və qarşıda duran vəzifələrə hərtərəfli aydınlıq gətirilmişdir.Qeyd olunmuşdur ki , həmişə olduğu kimi , ötən müddətdə də öz fəaliyyətini qaçqın və məcburi köçkünlərin problemlərinin həlli məqsədilə Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlardan, müvafiq Dövlət Proqramından və ona edilmiş Əlavələrdən irəli gələn vəzifələrə uyğun davam etdirən kollektiv bu soydaşlarımımz doğma ocaqlarına qayıdanadək onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının təmin edilməsi, salınmış yeni qəsəbələrə və tikilmiş hündürmərtəbəli binalara köçürülməsi, məskunlaşma obyektlərində təmir-bərpa işlərinin aparılması və digər zəruri tədbirlərin həyata keçirilməsi sahəsində ötən müddət ərzində xeyli iş görmüşdür.Belə ki, respublikanın müxtəlif bölgələrindəki 1647 məskunlaşma obyektlərinin çoxu uzun illərdi istismar olunduğundan onlar demək olar ki, yararsız hala düşmüş, dam örtüklərinin,sanitar qovşaqlarının, su, elektrik, istilik xətlərinin təmirinə ehtiyac yarandığından Dövlət büdcəsindən bu məqsədlə ayrılmış maliyyə vəsaiti hesabına Komitənin tabe tikinti təşkilatları tərəfindən ötən 9 ayda 41 obyektdə cari təmir işləri aparılmış, ilin sonunadək daha 8 obyektdə cari təmir işləri aparılması nəzərdə tutulmuşdur.Dövlətqaçqınkom tərəfindən məcburi köçkünlərə humanitar yardımların paylanması da ötən müddət ərzində diqqət mərkəzində durmuşdur.Belə ki, yemək xərci müavinəti alan məcburi köçkünlərin siyahıları araşdırılaraq dəqiqləşdirildikdən sonra cari ilin sentyabr ayında 542 min 51 nəfərə aylıq yemək xərci müavinəti ödənilmişdir. Cari ilin ötən dövründə məcburi köçkünlərə paylanmasının Dövlətqaçqınkomun müxtəlif tarixlərdəki əmrlərinə əsasən 20 rayon və şəhər icra hakimiyyətlərinə 522 min manatdan çox dəyərində olan sənaye məhsullarından ibarət humanitar yardım ayrılmışdır.Bununla yanaşı kompakt halda yaşayan qaçqın və məcburi köçkün icmalarının, fərdi qaydada müraciət etmiş şəhid, əlil, itgin düşənləri olan və aztəminatlı ailələrin müraciətləri nəzərə alınaraq 198 ailəyə fərdi qaydada 152 min manatlıqdan çox sənaye məhsullarından ibarət humanitar yardım göstərilmişdir.Belə ki cari ilin ötən dövrü ərzində Dövlətqaçqınkom tərəfindən qaçqın və məcburi köçkünlərə ümumilikdə yardımlardan əlavə bu müddətdə bu təbəqədən olan ailələrə eyni zamanda 262 ədəd odeyal, 196 ədəd çadır verilmişdir.Yanacaq verilməsi nəzərdə tutulan məcburi köçkün ailələrinin sayı dəqiqləşdirildikdən sonra cari ilin oktyabr ayında 76179 ailəyə yanacaq verilməsi nəzərdə tutulmuşdur ki, bu da keçən ilin eyni dövrünə nisbətən 3746 ailə azdır.Kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının və 31 oktyabr 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Əlavələrin icrası ilə bağlı yeni salınmış qəsəbələrə məcburi köçkünlərin köçürülməsi ilə bağlı məsələlərin müzakirəsi zamanı qeyd edilmişdir ki, hazırda Dövlət Proqramına Əlavələrin müvafiq bəndlərinin icrası ilə Ağdam rayonunun Quzanlı ərazisindəki fin tipli qəsəbədə və rayon ərazisindəki məktəblərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədi ilə həmin ərazilərdə tikilən 689 evdən ibarət olan qəsəbəyə və Yevlax rayonu ərazisindəki fin tipli qəsəbədə və rayon ərazisindəki məktəblərdə müvəqqəti məskunlaşmış 612 məcburi köçkün ailəsinin köçürülməsi məqsədi ilə bütün infrastrukturu ilə birlikdə Yevlax şəhərində salınmış 10 hündürmərtəbəli binadan ibarət yaşayış kompleksinə məcburi köçkün ailələrinin köçürülməsi üçün hazırlıq işləri aparılır. Kollegiya iclasında bundan sonrada qaçqın və məcburi köçkünlərin müxtəlif problemlərinin həlli məqsədi ilə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində Dövlətqaçqınkomun bütün əməkdaşlarının imkanlarından səmərəli istifadə edilməklə öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlinəcəyinə əminlik ifadə olunmuşdur.Kollegiya iclasına Baş nazirin müavini –Dövlətqaçqınkomun sədri Ə.Həsənov yekun vurmuşdur.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb