"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında
Çap et

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında

 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi sahəsində səmərəli idarəetməni təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının, Bakı şəhəri Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai, Yasamal, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı və Binəqədi rayonlarının icra hakimiyyəti başçıları aparatlarının qaçqınlarla və məcburi köçkünlərlə iş şöbələri ləğv edilsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

2.1. bir ay müddətində Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin işçilərinin say həddinin artırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. iki ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 noyabr 2013-cü il

№ 78