"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
Böyük Britaniya
Çap et

Böyük Britaniya hökuməti tərəfindən Azərbaycandakı qaçqın və məcburi köçkünlərə  göstərilmiş yardımlar

 

Böyük Britaniyanın “Dünya Ehtiyac İçindədir” BHT-nin Azərbaycandakı Nümayəndəliyi 2000-ci ildə fəaliyyətə başlamış və həmin ildə də dövlət qeydiyyatına alınmışdır.

 

Təşkilat əsasən məcburi köçkün uşaqlar üçün ərzaq proqramı və başqa yardım proqramlarını həyata keçirmişdir, eyni zamanda peşə təlimləri və kukla teatrı dərnəkləri təşkil edilməklə musiqi alətlərinin də paylanılması təşkil etmişdir.

 

Təşkilatın Azərbaycandakı Nümayəndəliyi tərəfindən ölkədə həyata keçirilən layihələrə təxminən 150 000 ABŞ dollarından çox vəsait sərf olunmuşdur.

 

Böyük Britaniyanın “Dünya Ehtiyac İçindədir” BHT-nin Azərbaycandakı Nümayəndəliyi 2015-ci ilin aprel ayında fəaliyyətləri Beynəlxalq Humaniar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən təşkilatların siyahısından çıxarılmışdır.

 

Böyük Britaniyanın “Mərkəzi Asiya Araşdırma və İnkişaf” (CARD) BHT-nin Azərbaycandakı Nümayəndəliyi 2001-2015-ci illərdə fəaliyyət göstərmiş, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrin  uşaqları, eyni zamanda kimsəsiz, məktəbə getməyə imkanı olmayan uşaqlar, əlil  uşaqlar üçün pulsuz  kurslar təşkil etmişdir. Buraya dülgərlik, kompyuter, əl xalçaları toxuculuğu  və ingilis dili kursları daxildir. Həmçinin bir sıra səhiyyə layihləri də olmuşdur.

Böyük Britaniyanın “Mərkəzi Asiya Araşdırma və İnkişaf” (CARD) BHT-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən ölkədə həyata keçirilən layihələrə təxminən 530 000 ABŞ dollarından çox vəsait sərf olunmuşdur.

 

Böyük Britaniyanın “Uşaqlara Birbaşa Yardım” təşkilatı 1994-2000-ci illərdə fəaliyyət göstərmiş, EKO, BMT QAK və baş ofisi tərəfindən maliyyələşdirilərək  məcburi köçkün və aztəminatlı ailələrdən olan əsasən uşaqlara ərzaq yardımı göstərmiş, məktəb təmiri, səhiyyə maarifi, kənd təsərrüfatı, ingilis dili, kompüter kursları və s. layihələri həyata keçirmişdir. Layihələrə 9 mln. ABŞ dollarına yaxın vəsait sərf edilmişdir.

 

Böyük Britaniyanın “Azərbaycana Birgə Yardım” (UAFA) beynəlxalq humanitar təşkilatının Azərbaycandakı Nümayəndəliyi 1999-cu ildə fəaliyyətə  başlamışdır.Təşkilat tərəfindən bir sıra tikinti və təmir işləri, həmçinin məcburi köçkünlərə ərzaq, qeyri-ərzaq yardımı göstərmişdir. Hazırda isə təşkilat əsas diqqəti uşaqlaırn səhiyyə və təhsil məsələləri ilə bağlı layihələrə ayırmışdır. UAFA-nın Azərbaycandakı Nümayəndəliyi  tərəfindən indiyədək ölkədə həyata keçirilən layihələrə təxminən 1 mln. 400 min ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Təşkilat hazırda fəaliyyətini davam etdirir.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Böyük Britaniya arasında keçirilən görüşlər:

 

2011-ci ilin mayın 26-da Azərbaycanda səfərdə olan Britaniya-Azərbaycan Parlament Qrupunun nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb;

 

2011-ci ilin may 28-də Britaniya-Azərbaycan parlament qrupunun sədri, Konservativ Partiyasının, “Cities of London and Westminster” ərazisindən Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin üzvü Mark Fieldin başçılıq etdiyi nümayəndə heyəti Dərnəgül tələbə şəhərciyində Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında və Binəqədinin 7-ci mikrorayonunda 2 nömrəli evtikmə kombinatının ərazisində salınmış məhəllədə məskunlaşan məcburi köçkünlərlə görüşüb;

 

2011 -ci ilin oktyabrın 18-də Azərbaycanda səfərdə olan Böyük Britaniya, Almaniya və İtaliyadan olan bir qrup jurnalistlərdən ibarət nümayəndə heyəti 2011-ci ilin  oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar və həmin tarixdə Binəqədinin 7-ci mikrorayonunda, 2 nömrəli evtikmə kombinatının ərazisində salınmış məhəllədə məcburi köçkünlərlə görüşüblər;

 

2014-cü ilin mayın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb;

 

2014-cü ilin noyabrın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton ilə görüşüb;

 

2015-ci ilin avqustun 24-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Maykl Tatham ilə görüşüb.

 

2016-cı ilin martın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri ölkəmizdə səfərdə olan Londonda fəaliyyət göstərən “Aloff” teatrının rəhbəri Sənan Əliyev və Britaniyalı rejissor xanım Hannah Eidinow ilə görüşüb;

 

2016-cı ilin iyulun 29-da Azərbaycanda səfərdə olan Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Blakmanın başçılıq etdiyi nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış məhəllədə olub;

 

2017-ci ilin yanvarın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Kroftsla görüşüb;

 

2018-ci ilin iyunun 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Direktoratlığının rəhbəri Rupert Eynli ilə görüşüb.