"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 378
Böyük Qayıdış prosesinə kölgə salmaq cəhdləri: Əsassız iddialar və reallıqlar
Mətbuat xidmətinin məlumatı 12 August, 2026

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və dayanıqlı qayıdışı qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə davam etdirilir. Məskunlaşdırma prosesi yalnız yaşayış məntəqələri tam hazır olduqdan sonra və müəyyən edilmiş hüquqi meyarlar əsasında həyata keçirilir.

Bununla belə, Böyük Qayıdışın təşkili zamanı şəxsi maraq və tələbləri mövcud qanunvericilik çərçivəsində yerinə yetirilməsi mümkün olmayan bəzi şəxslər müxtəlif internet resurslarında qərəzli paylaşımlar edir, cəmiyyətdə Böyük Qayıdış prosesinin gedişinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və onun əməkdaşlarının nüfuzuna xələl gətirən yanlış fikirlər formalaşdırmağa cəhd göstərirlər.

Belə ki sosial şəbəkələrdə müxtəlif iddialarla çıxış edən Nuranə Abdullayeva vəfat etmiş atasına vaxtilə Ağdam şəhərində məxsus olmuş yaşayış evinin əvəzinə həmin şəhərdə yeni tikilən binalarda mənzil verilməsini, eyni zamanda müxtəlif sosial media paylaşımlarında Ağdamda yaşayış sahəsi ayrılmadığı təqdirdə Bakı şəhərində müvəqqəti yaşayış yeri və ya yataqxana ilə təmin olunmasını tələb etmişdir.

Müraciətlə bağlı aparılmış araşdırma zamanı onun məcburi köçkün statusuna malik olmayan Bakı şəhər sakini ilə nikahda olduğu müəyyən edilmiş, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tələb etdiyi formada yaşayış sahəsi ilə təmin olunması üçün hüquqi əsasın mövcud olmadığı dəfələrlə izah edilmişdir. Buna baxmayaraq, bu hüquqi əsaslar sonradan yayılan video müraciətlərdə və sosial media paylaşımlarında əks etdirilməmiş, məsələ əsasən emosional müstəvidə təqdim olunmuşdur.

Monitorinq materialları göstərir ki, müxtəlif video materiallar "Kanal 15 TV" loqosu ilə şəxsi sosial media hesablarında paylaşılmış, Dövlət Komitəsinin rəsmi mövqeyi öyrənilmədən və ya təqdim edilmədən ictimailəşdirilmişdir. Nəticədə ictimaiyyətə hadisələrin yalnız bir tərəfin mövqeyi təqdim olunmuş, müraciət üzrə aparılmış araşdırmalar, verilmiş rəsmi izahatlar və qanunvericiliklə müəyyən edilmiş hüquqi meyarlar barədə məlumatlar əks etdirilməmişdir.

Böyük Qayıdış prosesinə kölgə salmağa yönəlmiş ardıcıl və məqsədyönlü fəaliyyət aparan şəxslərdən biri də İntiqam Türbəndəyevdir. Xocalı rayonunun Cəmilli kəndində daimi qeydiyyatda olan keçmiş məcburi köçkün Türbəndəyev İntiqam Elman oğlu sosial şəbəkə hesablarından birində Xanyurdu kəndində köçürülməsi ilə bağlı Komitəyə müraciət etdiyi barədə paylaşım etmişdir. Bildiririk ki, İ.Türbəndəyev paylaşım etməzdən əvvəl Komitənin Qayıdışın qeydiyyatı və təşkili şöbəsinin müdiri tərəfindən qəbul edilmiş və onun Xanyurdu kəndinə ailə tərkibinə uyğun 3 otaqdan ibarət fərdi evə köçürüləcəyi bildirilmişdir. Lakin müraciət müəllifi qeyd olunanlarla razılaşmamış, yaşayış sahələri ilə bağlı qüvvədə olan qanunvericiliyin tələbləri və müəyyən edilmiş meyarlar nəzərə alınmadan Xanyurdu kəndində özünün seçdiyi 5 otaqdan ibarət evin ona verilməsini israrla tələb etmişdir.

Özlərinin əsassız tələbləri ilə bağlı Komitə rəhbərliyi tərəfindən qəbul olunmalarına, müraciət etdikləri məsələlərə müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacağının bildirilməsinə baxmayaraq, sonradan onlar tərəfindən sosial şəbəkələrdə edilən paylaşımlarda səsləndirilən böhtan xarakterli qərəzli fikirlər ictimaiyyət arasında çaşqınlıq yaratmaqla təkcə dövlət qurumunun fəaliyyətinə deyil, həm də Böyük Qayıdış proqramına da kölgə salmağa yönəlmişdir.

Dövlət Komitəsi bir daha bildirir ki, Böyük Qayıdış Proqramı çərçivəsində bütün qərarlar yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qəbul edilir və heç bir müraciət qanunvericilikdən kənar qaydada həll edilə bilməz. Dövlət orqanlarının fəaliyyəti ilə bağlı məlumatların yayılması zamanı rəsmi mövqeyin öyrənilməsi, faktların tam və obyektiv təqdim olunması cəmiyyətin düzgün məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda xatırladırıq ki, dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyəti barədə həqiqətə uyğun olmayan məlumatların yayılması, rəsmi mövqenin bilərəkdən təhrif edilməsi, böhtan və işgüzar nüfuza xələl gətirən iddiaların ictimailəşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi məsuliyyət yarada bilər.

11 September, 2026 / Mətbuat xidmətinin məlumatı The next reception of citizens was held in the State Committee
10 September, 2026 / Mətbuat xidmətinin məlumatı 25 more families relocated to Shukurbeyli village receive house keys
10 September, 2026 / Mətbuat xidmətinin məlumatı Another 25 former IDP families return to Jabrayil
01 September, 2026 / Mətbuat xidmətinin məlumatı 362 former IDPs return to Aghdam
01 September, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 117 more families to Aghdam city
28 August, 2026 / Mətbuat xidmətinin məlumatı 15 more families relocated to Shukurbayli village of Jabrayil district receive keys to new homes
28 August, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 15 families return to Azerbaijan's Shukurbayli village
26 August, 2026 / Mətbuat xidmətinin məlumatı Memories Returning Home..
25 August, 2026 / Mətbuat xidmətinin məlumatı 43 more families relocated to Khojavend receive keys to new homes
25 August, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: Resettlement to Khojavand city and its settlements continues
21 August, 2026 / Mətbuat xidmətinin məlumatı Within the framework of the Great Return, another 87 families have returned to their homeland
21 August, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: The next resettlement convoy has departed for 10 villages and settlements in Khankendi, Khojaly and Aghdara
18 August, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Khojavand city and Girmizi Bazar settlement village have been informed about social protection measures and mine safety.
17 August, 2026 / Mətbuat xidmətinin məlumatı 39 families resettled in two villages of Khojavand
17 August, 2026 / Mətbuat xidmətinin məlumatı Resettlement convoy arrives in Shusha's Kichik Galadarasi
17 August, 2026 / Mətbuat xidmətinin məlumatı A Resettlement Convoy Departs for the Villages of Guzeykhirman and Guneykhirman in Khojevand, and Kichik Galaderesi in Shusha
14 August, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrive in Khankendi city
14 August, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: Azerbaijan relocates 22 more families to Khankendi city
12 August, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Aghdara and Khojaly districts informed about social protection measures and mine safety
11 August, 2026 / Mətbuat xidmətinin məlumatı The next reception of citizens was held in the State Committee