"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 433
Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Official news 23 JULY, 2026

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612 (Cild I); 2024, № 5 (I kitab), maddə 489; 2025, № 3, maddə 219, № 8, maddələr 738, 744; 2026, № 1, maddə 8) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 91-ci maddə üzrə:

1.1.1. 91.1.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 91.1.8-ci maddə əlavə edilsin:

“91.1.8. işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdırma fondunun yaşayış sahələri.”;

1.1.2. 91.3-cü maddəyə “sahələri” sözündən sonra “(bu Qanunun 91.1.8-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələri istisna olmaqla)” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 96-1-ci maddə əlavə edilsin:

Maddə 96-1. İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdırma fondunun yaşayış sahələrinin təyinatı

İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdırma fondunun yaşayış sahələri məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə daimi yaşayış sahələrinə köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi üçün nəzərdə tutulur.”;

1.3. 98.1-ci maddəyə birinci halda “sahələri” sözündən sonra “və işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdırma fondunun yaşayış sahələri” sözləri əlavə edilsin;

1.4. aşağıdakı məzmunda 108-1-ci maddə əlavə edilsin:

Maddə 108-1. İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdırma fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi

İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdırma fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.

Maddə 2. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 392 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddə 501; 2025, № 1, maddələr 15, 16) 14-cü maddəsinin üçüncü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. ikinci abzasa “və ya” sözlərindən sonra “əvvəlki yaşayış yerinin əvəzinə” sözləri əlavə edilsin;

2.2. üçüncü abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“bu Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin ikinci və üçüncü abzaslarında nəzərdə tutulan yaşayış yerlərindən imtina etdikdə.”.

 

Maddə 3. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 393 (Cild I); 2024, № 4, maddə 365, № 8, maddə 934) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 3-cü maddənin ikinci hissəsində “əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yaradıldığı vaxtdan” sözləri “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin üçüncü hissəsinə əsasən məcburi köçkün statusunu itirdikləri gündən” sözləri ilə əvəz edilsin;

3.2. 5-ci maddənin ikinci hissəsinin ikinci cümləsində “köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin” sözləri “köçkünlərə başqa yaşayış sahəsi təklif” sözləri ilə əvəz edilsin.

Maddə 4. Keçid müddəalar

4.1. Bu Qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlər məcburi köçkün statusunu bu Qanun qüvvəyə mindiyi tarixdən itirirlər.

4.2. Bu Qanun qüvvəyə mindiyi tarixədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş sosial müdafiə tədbirlərinin qüvvədə olma müddəti onların belə yaşayış sahələri ilə təmin edildiyi vaxtdan hesablanır.

4.3. Bu Qanun qüvvəyə mindiyi tarixədək dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan və təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən məcburi köçkünlərin təhsil haqqı onlar təhsilini başa vurduğu müddətədək dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2026-cı il

23 JULY, 2026 / Rəsmi xronika “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 432-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
11 JULY, 2026 / Rəsmi xronika President Ilham Aliyev visited Khankendi district
11 JULY, 2026 / Rəsmi xronika President Ilham Aliyev visited Khojavend district
11 JULY, 2026 / Rəsmi xronika President Ilham Aliyev visited Shusha district
11 JULY, 2026 / Rəsmi xronika President Ilham Aliyev visited Lachin district
23 JUNE, 2026 / Rəsmi xronika Presidents of Azerbaijan and Turkmenistan visited Shusha city
23 JUNE, 2026 / Rəsmi xronika Presidents of Azerbaijan and Turkmenistan visited Fuzuli city
28 MAY, 2026 / Rəsmi xronika Ilham Aliyev inspected progress of developments in Boyuk Galaderesi village of Shusha and met with residents
18 March, 2026 / Rəsmi xronika Ilham Aliyev inspected restoration of individual houses and infrastructure in Khanoba village of Khojavend
26 February, 2026 / Rəsmi xronika Ilham Aliyev attended opening of Khojaly Genocide Memorial
25 February, 2026 / Rəsmi xronika Ilham Aliyev met with residents of Khojavend town and Khojavend village
25 February, 2026 / Rəsmi xronika Ilham Aliyev inspected reconstruction progress in Khanabad village of Khojaly district
25 February, 2026 / Rəsmi xronika Ilham Aliyev inspects reconstruction progress in Khojavend Village and Khojavend town, met with town and village residents
18 January, 2026 / Rəsmi xronika Ilham Aliyev paid tribute to 20 January martyrs
13 January, 2026 / Rəsmi xronika President Ilham Aliyev visited Agdere district
24 December, 2025 / Rəsmi xronika President Ilham Aliyev attended opening of second residential complex in Aghdam and met with residents
23 December, 2025 / Rəsmi xronika President Ilham Aliyev met with residents relocated to Karkijahan settlement
23 December, 2025 / Rəsmi xronika President Ilham Aliyev visited Karkijahan settlement in Khankendi
28 October, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
28 October, 2025 / Rəsmi xronika Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib