"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 424
Məcburi köçkünlərlə bağlı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirə olunub
Mətbuat xidmətinin məlumatı 12 JUNE, 2026

Parlament Mənzil Məcəlləsinə, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlara təklif edilən dəyişiklikləri birinci oxunuşda təsdiqləyib.

 

Bu məsələ parlamentin iyunun 12-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

 

Qanun layihəsi məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusunun itirilməsi ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, Mənzil Məcəlləsinə ediləcək dəyişiklik nəticəsində yeni institut - “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu” yaranacaq və bu fonda daxil olan yaşayış sahələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq. Eyni zamanda, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, məcburi köçkün statusunun itirilməsi halları da konkretləşəcək. Yeni təklifə əsasən, şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək. Həmçinin sözügedən qanuna təklif olunan dəyişikliyə görə, şəxs dövlət tərəfindən təklif olunan həmin yaşayış yerlərindən imtina etdikdə də məcburi köçkün statusunu itirəcək.

 

Layihədə sosial müdafiə tədbirlərinin müddətinə də aydınlıq gətirilir. Mövcud 3 illik güzəşt müddətinin hesablanması şəxsin statusunu itirdiyi və ya mənzildən imtina etdiyi tarixdən müəyyən ediləcək. Bundan başqa, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, məcburi köçkünlərin köçürülməsi mexanizmi də dəyişdirilir. Yeni qaydalara əsasən, dövlət öhdəliyi yaşayış sahəsinin təklif edilməsi ilə icra olunmuş hesab ediləcək, bununla da həm məcburi köçkünlərin mənzil hüquqları, həm də üçüncü şəxslərin maraqları arasında balans təmin olunacaq.

 

 

08 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrived in the village of Kichik Galadarasi in Shusha district
08 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrived in the Khojavend district
08 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı A first convoy of displaced families has been sent to Kichik Galadarasi village in Shusha
08 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 87 people returned to the villages of Guzeykhirman and Guneykhirman in Khojavand district
07 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Survey project started among internally displaced persons under the Great Return Programme
07 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to Khojavend
07 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 163 people returned to the Khojavend city
06 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrived in the village of Shukurbeyli in Jabrayil district
06 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 223 people returned to the Shukurbeyli village in Jabrayil district
01 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Khojavend city and Shukurbeyli village in Jabrayil district informed about social protection measures and mine safety
30 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı The Milli Majlis has approved a new draft law on the status of internally displaced persons (IDPs).
25 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrives in Khankendi, Khojavend, Shusha, Jabrayil, Khojaly, and Aghdara
25 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 237 people relocated to Khankendi city, Khojavend, Shusha, Jabrayil, Khojaly, and Aghdara
23 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı A group of employees of the State Committee have been awarded by the Order of President Ilham Aliyev
22 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 89 people relocated to Shukurbeyli village in Jabrayil district
19 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrive in Khankendi city
19 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: Azerbaijan relocates another group of residents to Khankendi city
17 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib
17 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrived in the village of Shukurbeyli in Jabrayil district
17 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Aghdara district informed about social protection measures and mine safety