"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 455
Xankəndi şəhərinə infotur təşkil edilib
Mətbuat xidmətinin məlumatı 07 August, 2025

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xankəndi şəhərinə növbəti infotur təşkil edib. İnfoturda Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində gəlirgətirən fəaliyyətlərə cəlb olunmuş bir qrup keçmiş məcburi köçkün iştirak edib. Onlar şəhərlə tanış olub, burada aparılan bərpa-quruculuq işləri, yaradılan məşğulluq imkanları barədə məlumatlandırılıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına əsasən, şəhərdə genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur, burda işləyən, təhsil alan və yaşayan insanlar üçün zəruri şərait yaradılır. Qarabağ tekstil fabrikinə baş çəkən infotur iştirakçılarına müəssisənin fəaliyyəti, iş şəraiti və əmək resurslarının idarə edilməsi prinsipləri barədə ətraflı məlumat verilib. Fabrikdə çalışanlar məşğulluq tədbirlərinin onların sosial rifahına müsbət təsir etdiyini bildiriblər. Daha sonra infotur iştirakçıları Qarabağ Universitetində olublar. Onlara universitetdə yaradılan infrastruktur, tədris şəraiti və gələcək planlar haqqında məlumat verilib. Ali təhsil müəssisəsində formalaşdırılan müasir təhsil mühitinin bölgənin insan kapitalının inkişafına mühüm töhfə verəcəyi vurğulanıb. Keçmiş məcburi köçkünlər infoturun çox faydalı və maarifləndirici olduğunu qeyd ediblər. Bildirilib ki, belə infoturlar Böyük Qayıdışın gedişi, bölgədə daimi məskunlaşma və iqtisadi fəaliyyətə inteqrasiya prosesi ilə yaxından tanış olmaq, gələcək üçün planlar qurmaq baxımından böyük əhəmiyyət kəsb edir. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş digər ərazilərə də infoturların keçirilməsi davam etdiriləcək.

 

 

 

05 March, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
05 March, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
03 March, 2026 / Mətbuat xidmətinin məlumatı An informational video on mine safety has been prepared
27 February, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrive in Kalbajar
27 February, 2026 / Mətbuat xidmətinin məlumatı 40 Azerbaijani families returned to the village of Horovlu in Jabrayıl
27 February, 2026 / Mətbuat xidmətinin məlumatı Next relocation convoy arrives in Khojavend, keys to apartments handed over
27 February, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 40 more families to Jabrayil's Horovlu village
27 February, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: Another 41 families depart for Khojavend
27 February, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: Azerbaijan relocates another group of residents to Kalbajar city
25 February, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 30 more families to Horovlu village in Jabrayil district
25 February, 2026 / Mətbuat xidmətinin məlumatı Khanyurdu welcomes its residents
25 February, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan sent next relocation convoy to Horovlu in Jabrayil
23 February, 2026 / Mətbuat xidmətinin məlumatı The resettlement convoy has arrived in Aghdara
23 February, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan sends resettlement convoys to four villages in Aaghdara districts
20 February, 2026 / Mətbuat xidmətinin məlumatı The relocation convoy has arrived in Khojavend village.
20 February, 2026 / Mətbuat xidmətinin məlumatı First group of residents relocated to the city of Khojavend received house keys
20 February, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates first group of residents to city and village of Khojavand
19 February, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates first group of residents to Khanabad village in Khojaly district
19 February, 2026 / Mətbuat xidmətinin məlumatı Life in the city of Fuzuli is flowing as usual...
17 February, 2026 / Mətbuat xidmətinin məlumatı Another relocation convoy reaches Aghdam city