"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 544
Məcburi köçkünlər psixososial dəstəkdən faydalanıblar
Mətbuat xidmətinin məlumatı 04 JULY, 2025

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin nəticəsi olaraq, məcburi köçkünlərin doğma yurda qayıdışı getdikcə sürətlənir. Dövlətimizin başçısının tapşırıqları əsasında, Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı çərçivəsində icra olunan tədbirlər işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və iqtisadi inteqrasiya üçün əlverişli şərait yaradır.

Bununla yanaşı, Böyük Qayıdış məcburi köçkünlər üçün təkcə uzun illərdir, müvəqqəti də olsa, məskunlaşdıqları coğrafi məkanı dəyişmək deyil, həm də emosional, sosial, psixoloji cəhətdən yeni bir yaşayış mühitinə keçməkdir. Belə ki, bu prosesin yeni mühitə uyğunlaşmaq, məşğulluq məsələsini həll etmək, peşə bacarıqlarını artırmaq, özünü inkişafa və iqtisadi inteqrasiyaya nail olmaq kimi mühüm cəhətləri vardır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurda geri dönən həmvətənlərimizə psixososial dəstəyin təmin edilməsinin vacibliyini nəzərə alaraq məqsədyönlü tədbirlər görür. Dövlət Komitəsinin təşkilatçılığı, uzman klinik psixoloq, İstanbul Aydın univesitetinin doktorantı Fəxriyyə Nəsirzadənin rəhbərliyi ilə həyata keçirilən layihənin məqsədi  məcburi köçkünlərin emosional, psixoloji və sosial reinteqrasiyasına dəstək verməkdir.

Layihə üzrə bu ilin may ayında onlayn formatda 5 psixoloji dəstək seansı təşkil olunub. Bu seanslara cəlb olunan məcburi köçkünlər yaşadıqları travmalarla bağlı fikirlərini bölüşüb, həmrəylik mühitində emosialarını sərbəst ifadə etməyə çalışıblar.

İyun ayında isə Bakıda, Qəbələdə və Bərdədə, layihə çərçivəsində, təlimlər təşkil edilib. Təlimlərdə iştirak edən məcburi köçkünlərə emosional yüklənmənin azaldılması, məşğulluq üçün psixoloji hazırlığın artırılması, motivasiya və özünəinamın gücləndirilməsi kimi mövzularda praktiki bilik və tövsiyələr, fərdi qaydada psixoloji məsləhət verilib.

 

 

10 April, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 April, 2026 / Mətbuat xidmətinin məlumatı In Lachin, nature delights the eyes with its beauty.
07 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 46 more families to Khojavend
07 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to Khojavend
02 April, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrive in Kalbajar
02 April, 2026 / Mətbuat xidmətinin məlumatı Zabukh: A village just like a city...
02 April, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: Azerbaijan relocates another group of residents to Kalbajar city
31 March, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 46 more families to Khojavend
31 March, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to Khojavend
19 March, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 46 more families to Khojavend
19 March, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return to the liberated territories continues
19 March, 2026 / Mətbuat xidmətinin məlumatı Former IDPs return home to Azerbaijan's Khojavend and Khojaly
17 March, 2026 / Mətbuat xidmətinin məlumatı The resettlement convoy arrives in Aghdara
17 March, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan sends next relocation convoy to Horovlu in Jabrayil
17 March, 2026 / Mətbuat xidmətinin məlumatı Next resettlement convoy arrives in Khojavend district
17 March, 2026 / Mətbuat xidmətinin məlumatı The joyful echoes of returning to the native homeland: another flash mob held in the liberated territories
17 March, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to Aghdara Khojavend, and Jabrayil districts
14 March, 2026 / Mətbuat xidmətinin məlumatı First group of residents relocated to Khanoba village of Khojavand district receive house keys
13 March, 2026 / Mətbuat xidmətinin məlumatı Lachin: Patterns of a new life
11 March, 2026 / Mətbuat xidmətinin məlumatı Next resettlement convoys arrive in Khojavend and Khojaly districts