"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 398
Dövlət Komitəsində 2026-cı ilin III rübünün yekunlarına dair iclas keçirilib
Mətbuat xidmətinin məlumatı 29 Sentyabr, 2026

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli bölmə və nümayəndəliklərinin iştirakı ilə Regional idarəetmə və status şöbəsinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclası keçirilib.

Tədbirdə qurumun yerli bölmə və nümayəndəliklərinin rəhbərlərinə işin səmərəli qurulması, fəaliyyətin günün tələblərinə uygun təşkili istiqamətində zəruri tələb və tövsiyələr çatdırılıb. Mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasının vacibliyi vurğulanıb, məcburi köçkünlərin elektron bazasındakı məlumatların tam dəqiqləşdirilərək yenilənməsi tapşırılıb.

İclasda Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, keçmiş məcburi köçkünlər arasında yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışla bağlı məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin mütəmadi davam etdirilməsinə dair göstəriş verilib.

Bu çərçivədə, işğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən həyata keçirilən müasir infrastruktur layihələri, Böyük Qayıdışın mərhələləri, məskunlaşma qrafiki və növbəlilik prinsipləri barədə sakinlərə dövri və rəsmi məlumatların mütəmadi olaraq çatdırılması üçün müvafiq materialların hazırlanması tapşırılıb.

Həmçinin diqqətə çatdırılıb ki, Dövlət Komitəsi yaradılmış elektron sistem vasitəsilə keçmiş məcburi köçkünlər arasında mütəmadi sorğular keçirir. İşğaldan azad olunmuş ərazilərə qayıtmaq istəyən şəxslərin ailə tərkibi, sağlamlıq vəziyyəti və peşə ixtisasları rəsmi qaydada qeydiyyata alınır. Bu məlumatlar azad edilmiş ərazilərdə tikiləcək mənzillərin sayının, məktəblərin və iş yerlərinin profilinin müəyyənləşdirilməsində mühüm rol oynayır.

Görüşdə məskunlaşma prosesinin və evlərin püşkatma yolu ilə paylanmasının rəsmi qurumların, media nümayəndələrinin və köçkün icmalarının iştirakı ilə tam şəffaf şəkildə icra edildiyi, Qarabağ və Şərqi Zəngəzura köçürülmə, sakinlərin və onların əmlakının təhlükəsiz daşınması və yerləşdirilməsinin dövlət vəsaiti hesabına həyata keçirildiyi vurğulanıb. Yerli struktur rəhbərlərinə vətəndaşların sosial şəbəkələrdə yayılan qərəzli və dəqiqləşdirilməmiş məlumatlardan uzaq durmaları üçün müvafiq maarifləndirmə işlərinin aparılması tapşırılıb.

İclas zamanı yerlərdə mövcud olan problemlər dinlənilib, onların həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda yerli bölmə rəhbərlərinə məcburi köçkünlərlə iş sahəsində qanunvericilikdə edilən yeniliklər barədə müraciət edən hər bir vətəndaşa ətraflı məlumatın verilməsi, ağır şəraitdə yaşayan məcburi köçkünlər haqqında məlumatların dəqiqliklə araşdırılaraq Komitəyə təqdim edilməsi və müraciətlərə baxılarkən qanunvericiliyin tələblərinin gözlənilməsi bir daha diqqətə çatdırılıb.

 

06 Noyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Məktəblilər arasında esse müsabiqəsi elan edilir
06 Noyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Zəfər Günü münasibətilə "Qarabağ, sən dirçəlirsən!" adlı fləşmob keçirib
30 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin və Xocavəndin Quzeyxırman kənd sakinləri doğma yurdlarına qovuşub
30 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam və Xocavənd sakinlərinin doğma yurda qayıdışı davam edir
29 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhər sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
23 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd və Ağdərə sakinləri doğma yurdlarına qayıdıblar
22 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı sakinləri doğma yurdlarına qovuşdu
22 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonuna köçürülən sakinlər yeni evlərinə çatıblar
22 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Ağdərə sakinlərinin doğma yurda qayıdışı davam edir
13 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov BMT QAK-ın sessiyasında Böyük Qayıdış prosesi barədə danışıb
12 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Laçına qayıdış: Bəylikdə yeni həyatın ritmi
08 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Həsənriz kəndində mina təhlükəsinə dair maarifləndirmə sessiyaları keçirilib
06 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Cari ilin sentyabr ayında 302 ailə doğma torpaqlarına qayıdıb
05 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin “Qaynar xətt” və “Çağrı mərkəzi” xidmətlərinə sentyabr ayında 9847 müraciət daxil olub
02 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Sosial müdafiə tədbirləri barədə məlumatlılıq artırılır
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı şəhəri daha 78 nəfər sakinini qarşıladı
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhər sakinləri doğma yurdlarına qovuşub
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Daha 17 ailə öz ata-baba yurduna qayıdır
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı