"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 308
Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sakinləri üçün "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib
Mətbuat xidmətinin məlumatı 17 Sentyabr, 2026

Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin, Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri də ətraflı izah edilir.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust - 21 sentyabr tarixlərinin “Sülh Aylığı” elan edildiyi bildirilib. Qeyd edilib ki, aylığın keçirilməsində məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir.

Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan ailələr arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi tədbirləri, o cümlədən vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslər üçün üç il müddətində qüvvədə olacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.


06 Noyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Məktəblilər arasında esse müsabiqəsi elan edilir
06 Noyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Zəfər Günü münasibətilə "Qarabağ, sən dirçəlirsən!" adlı fləşmob keçirib
30 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin və Xocavəndin Quzeyxırman kənd sakinləri doğma yurdlarına qovuşub
30 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam və Xocavənd sakinlərinin doğma yurda qayıdışı davam edir
29 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhər sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
23 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd və Ağdərə sakinləri doğma yurdlarına qayıdıblar
22 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı sakinləri doğma yurdlarına qovuşdu
22 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonuna köçürülən sakinlər yeni evlərinə çatıblar
22 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Ağdərə sakinlərinin doğma yurda qayıdışı davam edir
13 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov BMT QAK-ın sessiyasında Böyük Qayıdış prosesi barədə danışıb
12 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Laçına qayıdış: Bəylikdə yeni həyatın ritmi
08 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Həsənriz kəndində mina təhlükəsinə dair maarifləndirmə sessiyaları keçirilib
06 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Cari ilin sentyabr ayında 302 ailə doğma torpaqlarına qayıdıb
05 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin “Qaynar xətt” və “Çağrı mərkəzi” xidmətlərinə sentyabr ayında 9847 müraciət daxil olub
02 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Sosial müdafiə tədbirləri barədə məlumatlılıq artırılır
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı şəhəri daha 78 nəfər sakinini qarşıladı
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhər sakinləri doğma yurdlarına qovuşub
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Daha 17 ailə öz ata-baba yurduna qayıdır
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı