"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 268
Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
Mətbuat xidmətinin məlumatı 11 Sentyabr, 2026

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsinə dəstək verilməsi, Böyük Qayıdış prosesində ictimai nəzarətin və iştirakçılığın təmin edilməsi, vətəndaşların müraciətlərinin cavablandırılması və digər məsələlər iclasda ətraflı müzakirə olunub.

Müzakirəyə çıxarılan məsələlərlə bağlı İctimai Şuranın sədri Anar Xəlilovun məlumatı dinlənilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbir Planına əsasən, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrində daimi məskunlaşdırılması uğurla həyata keçirilir. Şura üzvləri Böyük Qayıdışla bağlı tədbirlərdə fəal iştirak edir, bu prosesin təşkilinin bütün mərhələlərində ictimai rəyi öyrənir, öz ata-baba yurduna geri qayıdan vətəndaşlarla görüşlər keçirirlər. İctimai Şuranın üzvlərinə müraciətlərin operativ qaydada həll edilməsi üçün Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərləri ilə interaktiv əlaqə mövcuddur. Bu cür əməkdaşlıq təkcə Böyük Qayıdışla deyil, ümumilikdə məcburi köçkünlərlə bağlı bütün məsələlərin diqqətdə saxlanılmasına və  vaxtında həll edilməsində əhəmiyyətli rol oynayır.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev İctimai Şuranın üzvləri ilə görüşərək, onlarla səmərəli əməkdaşlığın qurumun öz işini daha da təkmilləşdirməsi, qarşıya qoyulan vəzifələri ictimai iştirakçılıq şəraitində, şəffaf şəkildə yerinə yetirməsi üçün vacib olduğunu qeyd edib. Bildirib ki, Şura üzvləri tərəfindən səsləndirilən təkliflərə, irəli sürülən təşəbbüslərə daim diqqət göstərilir. Böyük Qayıdış prosesində ictimai nəzarətin təşkil edilməsi, keçmiş məcburi köçkünlərlə birbaşa əlaqələrin qurulması və Dövlət Komitəsinə ictimai rəyin çatdırılması Şuranın fəaliyyətinin təqdirəlayiq cəhətidir.

Daha sonra Dövlət Komitəsinin struktur bölmələrinin nümayəndələri ilə İctimai Şura üzvləri arasında fikir mübadiləsi aparılıb.


30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı şəhəri daha 78 nəfər sakinini qarşıladı
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhər sakinləri doğma yurdlarına qovuşub
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Daha 17 ailə öz ata-baba yurduna qayıdır
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı 16 Xocavənd ailəsinin yurd həsrəti sona çatır
29 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində 2026-cı ilin III rübünün yekunlarına dair iclas keçirilib
28 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı İşğaldan azad edilmiş ərazilərin dəyişən mənzərəsi - 2024
27 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı 27 Sentyabr - Anım Günü ilə əlaqədar Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib
22 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
22 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xankəndi şəhərinə və qəsəbəsinə, Xocalı və Ağdərənin kəndlərinə yola salınan köç karvanları ünvanlara çatıb
22 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb
17 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sakinləri üçün "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib
16 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı sakinləri üçün "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib
15 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə çatıb
15 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Gəncədə kəlbəcərli məktəblilərdən fləşmob: "Təhsilimizlə qayıdırıq!"
15 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb
10 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
10 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Daha 25 cəbrayıllı ailənin yurd həsrəti sona çatır
01 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı 362 nəfərdən ibarət köç karvanı Ağdam şəhərinə çatıb