"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 176
Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
Görüşlər 20 Avqust, 2026

Məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçmiş məcburi köçkünlərin müvəqqəti qeydiyyatda olduqları yaşayış yerləri üzrə icmalar və ağsaqqallar ilə daimi görüşlər keçirilir, onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri, eləcə də köç prosesinə aid məsələlər haqqında ətraflı məlumat verilir. Bununla əlaqədar olaraq, növbəti tədbir məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Günəşli" sanatoriyasında keçirilib. Dövlət Komitəsinin aidiyyəti struktur bölməsinin əməkdaşları məcburi köçkünlərə sosial müdafiə tədbirləri və Böyük Qayıdışla bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

30 Sentyabr, 2026 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib
29 Sentyabr, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Sentyabr, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Sentyabr, 2026 / Görüşlər Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
15 Sentyabr, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Sentyabr, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Sentyabr, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Avqust, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Avqust, 2026 / Görüşlər Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
18 Avqust, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Avqust, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 İyul, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 İyul, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 İyul, 2026 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib
21 İyul, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 İyul, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 İyul, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 İyun, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 İyun, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 İyun, 2026 / Görüşlər Kəlbəcər rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib