"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 231
Ağdərə və Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
Mətbuat xidmətinin məlumatı 12 Avqust, 2026

Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin, Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri də ətraflı izah edilir.


Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Ağdərə və Xocalı rayonlarına qayıdacaq ailələr arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi tədbirləri, o cümlədən vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslər üçün üç il müddətində qüvvədə olacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.


Qeyd edilən videoçarxlar, mediada mütəmadi olaraq yayımlanır. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi Tədbirlər Planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur.

 

11 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
10 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
10 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Daha 25 cəbrayıllı ailənin yurd həsrəti sona çatır
01 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı 362 nəfərdən ibarət köç karvanı Ağdam şəhərinə çatıb
01 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Daha 117 ailə Ağdam şəhərinə yola salınıb
28 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
28 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
26 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Qayıdan xatirələr ...
25 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə çatıb
25 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb
21 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış çərçivəsində daha 87 ailə öz doğma yurduna qovuşub
21 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Xankəndi, Xocalı və Ağdərənin 10 kənd və qəsəbəsinə növbəti köç karvanı yola salınıb
18 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhəri və Qırmızı Bazar qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Xocavənd rayonuna çatıb
17 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb
17 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə, eləcə də Şuşanın Kiçik Qaladərəsi kəndinə köç karvanı yola salınıb
14 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xankəndi şəhərinə çatıb
14 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
12 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış prosesinə kölgə salmaq cəhdləri: Əsassız iddialar və reallıqlar
11 Avqust, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib